Yanğından özünüzü qorumaq üçün istifadə olunan üsullar elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Yanğından Mühafizə moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Yanğından özünüzü qorumaq üçün istifadə olunan üsullar
Yanğından özünüzü qorumaq üçün istifadə olunan üsullar hansılardır?
Yanğın vaxtı odsöndürücünün istifadə qaydalarını oxumağa vaxt olmur. Buna görə də öncədən yanğına hazırlıqlı olmaq lazımdır ki, cəld və məqsədəuyğun hərəkət edəsiniz. Yanğın baş verdikdə yaranan tüstü heç də alovdan az təhlükə yaratmır. Buna görə də yaxşı olar ki, üzünüzə maska taxın və ya heç olmasa dəsmaldan istifadə edin.
Alova yaxınlaşarkən təhlükəsiz məsafədə, bir neçə metrdə dayanın, əyilib odsöndürücünün tənzimləyicisini sərt cismə vurun. Alovdan güclü istilik gəldiyi üçün ilk öncə sınaq şırnağını önünüzdə olan sahəyə yönəldin. Bundan sonra yanan əşyanı qısa və dəqiq şırnaqlarla söndürün.
Qəfləti partlayışlardan özünüzü qoruyun. Oddan mühafizə olunmaq üçün heç vaxt sintetik geyimdən istifadə etməyin.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır