Yanğın zamanı tədbirlərin görülməsi elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Yanğından Mühafizə moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
Yanğın zamanı tədbirlərin görülməsi
Yanğın nədir?
Yanğın — yanma ilə yanaşı müəyyən zaman və məkan hüdudunda inkişaf edən kütlə və istilik mübadiləsi təzahürlərini özündə əks etdirən mürəkkəb fiziki — kimyəvi prosesdir.
Yanğın təhlükəsizliyində hansı faktorlar önəmlidir?
- Yanğının baş verməsinin qarşısının alınması-hər bir müəssisədə öncülük məhz bu faktor verilməlidir və fəaliyyətlər elə qurulmalı, yerinə yetirilməlidir ki, yanğın baş verməsin.
- Yanğınla mübarizə — bu, baş verən yanğından sonra atılan müvafiq addımları özündə cəmləyir. Otaq, bina və tikililər normalara uyğun olaraq, ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməlidirlər.
Yanğın zamanı ilk olaraq hansı tədbirlər görülməlidir?
Yanğın baş verdikdə onu birinci görən şəxs təcili olaraq 101 və ya 112 nömrəli telefonlara zəng vurub yanğından mühafizə hissəsinə xəbər verməli, telefonla danışan şəxs yanğın yerinin düzgün ünvanını söyləməlidir.
Yanğın baş verən zaman dərhal insanların köçürülməsini həyata keçirmək, sonra isə mövcud olan vəsaitlərlə (odsöndürən, qum, su və s.) yanğını söndürməyə başlamaq lazımdır.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır