Ana səhifə / Yanğından mühafizə / Yanğını söndürmək üçün istifadə olunan vasitələr

Yanğını söndürmək üçün istifadə olunan vasitələr

Paylaşmaq!

Yanğını söndürmək üçün istifadə olunan vasitələr elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Yanğından Mühafizə moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Yanğını söndürmək üçün istifadə olunan vasitələr

Yanğını söndürmək üçün istifadə olunan vasitələr

Döşəməyə və ya torpaq üzərinə düşən yanğını söndürmək üçün nə edirlər?

Döşəməyə və ya torpaq üzərinə az miqdarda dağılmış yanan mayeni söndürmək üçün ən sadə və asan vasitə qumdur. Qum istini udaraq yanan maddəni bir qədər soyudur və bununla birlikdə yanma üçün lazım olan oksigenin ora keçə bilməsini çətinləşdirir. Yadda saxlamaq lazımdır ki, yanğın zamanı quru qumdan istifadə edilməlidir. Belə olmasa o yumurlanacaq və bununla da onun odsöndürmə qabiliyyəti itəcəkdir.Yanğını söndürmək üçün istifadə olunan vasitələr

Köpük yaradan kimyəvi tərkibli yanğın söndürücülərdən necə istifadə olunur?

Köpük yaradan kimyəvi tərkibli yanğın söndürücülərin tərkibində olan kimyəvi maddələr hava ilə təmasa girdikdə karbonat anhidridi əmələ gəlir ki, o da yanan maddənin üzərini pərdə kimi örtür. Bundan başqa köpüyün maye hissəsi buxarlanır və istiliyi udaraq yanacağı soyudur. Onlardan maşınların və texnikanın olduğu yerdə istifadə etmək olmaz.Yanğını söndürmək üçün istifadə olunan vasitələr

Toz şəkilli maddələr olan yanğın söndürücülər necə istifadə olunur?

Toz şəkilli maddələr olan yanğın söndürücülərin tərkibində natrium bikarbonat var. O, havada olan oksigenin yanan maddəyə çatmasına mane olur. İstənilən halda istifadə edilə bilər. Amma yadda saxlamaq lazımdır ki, yerə səpilmiş tozları səliqəli təmizləmək lazımdır.Yanğını söndürmək üçün istifadə olunan vasitələrBu tip yanğın söndürücülər həm effektivliyinə, həm də qiymətinə görə sərfəlidir, maşında rahat gəzdirilir. Amma nəzərə almaq lazımdır ki, bu cür yanğın söndürücülərdən qapalı yerlərdə istifadə etdikdə tənəffüs orqanlarına zərər vurmaq olar.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Nərdivanlar üzərində işləyən zaman təhlükəsizlik qaydaları

Nərdivanlar üzərində işləyən zaman təhlükəsizlik qaydaları

Nərdivanlar üzərində işləyən zaman təhlükəsizlik qaydaları elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, …