Yanğın rabitəsi və siqnalizasiyası elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Yanğından Mühafizə moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
Yanğın rabitəsi və siqnalizasiyası
Yanğın siqnaliyasiyasından nə vaxt istifadə olunur?
Baş vermiş yanğını aşkara çıxarmaq və bu haqda yanğın-keşikci xidmətinə xəbər vermək üçün müəssisələrdə və obyektlərdə telefon, radio, teletayp rabitəsi, elektrik yanğın siqnaliyasiyası və zənglərdən, eləcədə nəqliyyat vasitələrinin fitindən istifadə olunur. Çox zaman yanğın haqqında siqnal vermək üçün avtomatik yanğın siqnalizasiya qurğusu (AUUS) geniş tətbiq olunur.
Yanğın siqnalizasiya qurğuları neçə qrupa bölünür?
- Yanğın
- keşikci yanğın
Keşikçi –yanğın siqnalizasiyası qiymətli material ambarlarında, müəssisələrdə və yaşayış mənzillərində geniş tətbiq olunur.
Elektrik yanğın siqnalizasiya sistemi 24 və ya 48 V gərginlikdə sabit cərəyanla işləyir.
Avtomatik elektrik yanğın siqnalizasiya qurğuları yanğının əmələ gəlməsini xəbər verməklə bərabər, stasionar yanğınsöndürmə vasitələrini də işə salır.
Avtomatik xəbərdaredicilər hissiyat elementinin növünə neçə qrupa bölünür?
- İstilik xəbərdarediciləri
- Tüstü xəbərdarediciləri
- İşıq xəbərdarediciləri
- Qarışıq xəbərdarediciləri
Öz təyinatına görə yanğın rabitəsi neçə növə ayrılır?
Baş vermiş yanğın haqqında xəbər vermək yanğın rabitəsinin bir neçə növündən istifadə olunur.
- Dispetser rabitəsi — adətən, yanğın dəstələri ilə yanğın əlehinə mərkəzi məntəqələr arasında qurulur.
- Yanğın yerində olan rabitə — əldə gəzdirilən radiostansiya və xüsusi rabitə avtomobili.
- Telefon rabitəsi yanğın haqqında xəbər vermək üçün ən etibarlı rabitə növüdür.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır