Ana səhifə / Yanğından mühafizə / Yanğın profilaktikası haqqında

Yanğın profilaktikası haqqında

Paylaşmaq!

Yanğın profilaktikası haqqında elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Yanğından Mühafizə moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Yanğın profilaktikası haqqında

Yanğın profilaktikası haqqında

Yanğın nəyə deyilir?

Maddi sərvətlərin məhv olması ilə nəticələnən, insanların həyatını, sağlamlığını təhlükə qarşısında qoyan və tənzimlənməsi mümkün olmayan yanma yanğın adlanır.Yanğın profilaktikası haqqında

Sizə yanğınların əsas səbəbləri nə ola bilər?

Yanğın profilaktikası haqqında

  • Yanğına qarşı rejimin pozulması.
  • Elementar yanğın təhlükəsizliyi qaydalarının pozulması və odla ehtiyatsız davranış.
  • Bina və qurğuların layihələrində buraxılmış nöqsanlar.
  • Texnoloji proseslərdə yanğına qarşı tələblərin pozulması və s.

Elektrik avadanlığında yanğınlar hansı səbəbdən yaranır?

Elektrik avadanlığında yanğınlar əsasən qısaqapanmadan, şəbəkənin həddən artıq yüklənməsindən, böyük keçid müqavimətlərinin yaranmasından, statik cərəyanlardan və elektrik qurğularının nəzarətsiz işləməsi üzündən baş verir.

Yay fəslində atmosfer boşalmaları da yanğın və partlayışa səbəb ola bilər. Qış fəslində isə yanğınlar çox vaxt müvəqqəti qızdırıcı cihazların qeyri düzgün qurulması və istismarı nəticəsində baş verir.

Yanğın profilaktikası nədir?

Yanğının əmələ gəlməsinə və yayılmasına qarşı, adamların və maddi sərvətlərin yanğın yerindən köçürülməsi, eləcədə yanğının tez və səmərəli sondürülməsi üçün görülən tədbirlər kompleksi yanğın profilaktikası adlanır.Yanğın profilaktikası haqqında

Deməli, yanğın profilaktikası yanğın və partlayışların qarşısını almaq üçün normativlər əsasında işlənib hazılanmış və sistematik tətbiq edilən təşkilati – texniki tədbirlər kompleksidir.Yanğın profilaktikası haqqında

Köçürülmə yolları

Müəyyən vaxt ərzində insanların təhlükəsiz hərəkətini təmin edən və köçürülmə çıxışlarına gedən yollar köçürülmə yolları (koridorlar, pilləkanlar, foye və keçidlər ) adlanır. Binanın azı iki köçürülmə çıxışı olmalıdır. Bununlada, köçürülmə yollarından biri tüstüləndikdə və ya müəyyən səbəblər üzündən köçürülmə üçün yararlı olmadıqda adamların təhlükəsizliyi təmin edilir. Yanğın zamanı adamların bina və qurğulardan köçürülməsi köçürülmə çıxışı hesab edilir. Buna görə də köçürülmə çıxışları arasındakı məsafə binanın enindən az olmamalıdır.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Nərdivanlar üzərində işləyən zaman təhlükəsizlik qaydaları

Nərdivanlar üzərində işləyən zaman təhlükəsizlik qaydaları

Nərdivanlar üzərində işləyən zaman təhlükəsizlik qaydaları elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, …