Tez alışan mayelər yanması zamanı istifadə olunan odsöndürən vasitələr elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Yanğından Mühafizə moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Tez alışan mayelər yanması zamanı istifadə olunan odsöndürən vasitələr
İllər və əsrlər keçir, artıq yanğınların yalnız su ilə söndürüldüyü dövrlər də arxada qalmışdır. Müasir zamanımızda alovlanmanı elə lap başlanğıc anındaca söndürmək üçün artıq əlimizin altında bir neçə vedrə suyun olması vacib deyildir – çünki bunun üçün müasir yanğınsöndürən vasitədən – odsöndürəndən istifadə etmək kifayət edir. Yanğın təhlükəsizliyi qaydalarına görə bütün istehsalat və ictimai yerlərdə, həmçinin bütün nəqliyyat vasitələrində odsöndürən olmalıdır.
Tez alışan mayelər yanması zamanı necə söndürməli?
Su bir çox tezalışan və yanan mayelərdən ağırdır. Ona görə də, belə mayeləri su ilə söndürmək olmaz. Belə ki, su aşağı yatacaq, tezalışan və yanacaq maye suyun üzərinə qalxacaq və yanmaqda davam edəcək. Köpüklü odsöndürənlər bərk maddələrin və yanacağın alovlanması zamanı, həmçinin təqribən 1 kvadrat metr sahədə bəzi tezalışan mayelərin yanması zamanı tətbiq edilir. Gərginlik altında olan elektrik avadanlığının yanması zamanı isə su ilə işləyən odsöndürənlərdən istifadə qadağan edilmişdir.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır