Odsöndürücü maddə və tərkiblər elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Yanğından Mühafizə moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
- 1 Odsöndürücü maddə və tərkiblər
- 1.1 Yanğın şəraitində yanma hansı üsullarla ləğv edilə bilər?
- 1.2 Soyuducu odsöndürmə vasitələri
- 1.3 İzoləedisi odsöndürmə vasitələri
- 1.4 Yanma zonasının mühitinə qarışan odsöndürmə vasitələri.
- 1.5 Yanma reaksiyasını kimyəvi tormozlayan odsöndürmə vasitələri.
- 1.6 Odsöndürmə vasitəsi kimi suyun qüsurlu cəhətləri hansılardır?
Odsöndürücü maddə və tərkiblər
Yanğın şəraitində yanma hansı üsullarla ləğv edilə bilər?
Yanğın şəraitində yanma üç üsulla ləvğ edilə bilər:
- Havanın və ya yanar qazların yanma zonasına daxil olması qarşısının alınması və ya onların faizlə miqdarının yanma dayanan həddə qədər aşağı salınması.
- Yanma zonasında temperaturun yanma dayanan həddə qədər aşağı salınması.
- Yanar maddələrin yanma zonasından kənar edilməsi və ya onların xassələrinin dəyişdirilərək yanmayan vəziyyətə gətirilməsi.
Soyuducu odsöndürmə vasitələri
Su ən geniş yayılmış soyuducu odsöndürmə vasitəsidir. Su yanan maddənin səthini isladaraq soyudur.
İzoləedisi odsöndürmə vasitələri
Belə vasitələr yanan maddənin səthini örtərək onun oksigen (hava) ilə əlaqəsini kəsir və yanğının sönməsinə səbəb olur. Bu vasitələrə köpüklər; kimyəvi ovuntu (toz) tərkiblər; yanmayan dənəvər maddələr (torpaq, qum, qrafit); və örtük materialları (keçə, asbest, brezent) aiddir.
Yanma zonasının mühitinə qarışan odsöndürmə vasitələri.
Bu məqsədlə daha geniş tətbiq olunan odsöndürmə vasitələri karbon 4-oksid, azot su-buxarı, narın səpilən sudur.
Yanma reaksiyasını kimyəvi tormozlayan odsöndürmə vasitələri.
Yanma zonasında yanma reaksiyasına fəal təsir edən odsöndürmə vasitələri kimi halogen əsaslı karbohidrogen tərkiblər işlədilir. Bu tərkiblərin əsasını bromlu etil təşkil edir, o, yanan səthi isladaraq yanma prosesini kəskin sürətdə tormozlayır. Bromlu etil özü asan alovlanan maye olduğuna görə odsöndürücü tərkiblərdə karbon 4 oksidlə birgə işlədilir.
Odsöndürmə vasitəsi kimi suyun qüsurlu cəhətləri hansılardır?
Odsöndürmə vasitəsi kimi suyun qüsurlu cəhətləri vardır:
- Sıfır temperaturda donduğu üçün nasosu və yanğın şlanklarını dağıda bilər.
- Bəzi maddələrlə (qələvi-torpaq metallar, karbidlər) reaksiyaya girdiyi üçün onların söndürülməsində tətbiq edilə bilməz.
- Yüngül mayelərin ( məsələn neft məhsullarının) söndürülməsində suyun tətbiqi səmərəli deyil, cünki, o, səthə qalxaraq yanğının ölçülərini daha da artırır.
- Elektrik keçiriciliyi olduğu üçün su ilə gərginlik altındakı elektrik qurğularını söndürmək olmaz.
- Su ilə həmçinin qiymətli cihazları, arxiv sənədlərini, tarixi əlyazmaları və s. söndürmürlər, çünki, həmin əşyalara su dəydikdə onlar yararsız hala düşür.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır