Nərdivanlar üzərində işləyən zaman təhlükəsizlik qaydaları elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Yanğından Mühafizə moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
- 1 Nərdivanlar üzərində işləyən zaman təhlükəsizlik qaydaları
- 1.1 Daşınan nərdivanın uzunluğu nə qədər olmalıdır?
- 1.2 Yeni gələn işçilərə təhlükəsiz iş metodları kimlər tərəfindən öyrədilməlidir?
- 1.3 Nərdivanlar hansı şəraitdə saxlanılmalıdır?
- 1.4 Söykəmə və ya asma nərdivanlardan istifadə olunarkən hansı hallara yol verilmir?
- 1.5 Nərdivanlar və taxtabəndləri işçi daşıdığı zaman hansı qaydalara əməl etməlidir?
- 1.6 Söykəmə və asma nərdivanların sürüşmə və aşma təhlükəsinin qarşısını almaq üçün nə etmək lazımdır?
Nərdivanlar üzərində işləyən zaman təhlükəsizlik qaydaları
Daşınan nərdivanın uzunluğu nə qədər olmalıdır?
Daşınan nərdivanın uzunluğu 5 m dən çox olmamalı və nərdivanın yuxarı qurtaracağından ən azı 1m məsafədə yerləşmiş pillədən işləmək imkanı təmin etməlidir. Daşınan nərdivanların pillələri oyulub nərdivanın yan taxtalarına keçirilməli və mismarla bərkidilməlidir. Nərdivan hər iki metrdən bir (uzunluq boyunca) çəkilib bağlana bilən boltlarla bərkidilməlidir. Nərdivanların aşağı qurtaracaqları metal çıxıntılar və ya rezin ucluqlar şəkilində dayaqlara malik olmalıdır.
Yeni gələn işçilərə təhlükəsiz iş metodları kimlər tərəfindən öyrədilməlidir?
Yeni təhlükəsiz iş metodları üzrə praktik məşğələləri istehsalat təlimi zamanı təlim emalatxanalarında (sexlərdə işçilərin, meydançalarda) təlimatçının rəhbərliyi altında yaxud iş yerində yüksək ixtisaslı işçinin briqadirin və ya lazımi hazırlığı olan başqa mütəxəssisin rəhbərliyi altında keçirilməlidir. Hər bir işçiyə təlim keçirilməsi mərhələləri təlim işinin qeydiyyat jurnalında qeyd olunmalıdır.
Nərdivanlar hansı şəraitdə saxlanılmalıdır?
Nərdivanlar quru yerlərdə, təsadüfi mexaniki zədələnmələri istisna edən şəraitdə saxlanılmalıdır.
Söykəmə və ya asma nərdivanlardan istifadə olunarkən hansı hallara yol verilmir?
Söykəmə və ya asma nərdivanlardan istifadə olunarkən aşağıdakılara yol verilmir:
- Nərdivanın hasarı və ya dayağı olmayan ən yuxarı iki pilləsində durub işləməyə;
- Söykəmə və ya asma nərdivanın pilləsində birdən çox adamın olmasına;
- Söykəmə nərdivanla yük qaldırmağa və ya endirməyə, üzərində alət saxlamağa.
Nərdivanlar və taxtabəndləri işçi daşıdığı zaman hansı qaydalara əməl etməlidir?
- Söykəmə nərdivan quraşdırılarkən onun yuxarı ucunun yerdəyişməsi mümkün olan hallarda etibarlı şəkildə dayanıqlı konstruksiyalara bağlanmalıdır.
- Borulara və ya xətlərə söykəmə nərdivanların yuxarı ucları küləyin təsirindən və ya təsadüfi təkanlardan yıxılmasının qarşısını alan xüsusi qarmaq tutucularla təchiz olunurlar.
- Nərdivanların və meydançaların qaldırılmasından əvvəl onlar montaj edilən konstruksiyalara quraşdırılmalı və bərkidilməlidir. Söykəmə nərdivanın uzunluğu işçiyə nərdivanın yuxarı ucundan 1 m-dən az olmayan məsafədəki pilləsində ayaq üstə duraraq işləyə bilmək imkanını təmin etməlidir.
Söykəmə və asma nərdivanların sürüşmə və aşma təhlükəsinin qarşısını almaq üçün nə etmək lazımdır?
Söykəmə nərdivanların və asma nərdivanların konstruksiyası iş zamanı sürüşmə və aşma (devrilmə) imkanlarını istisna etməlidir. Söykəmə və asma nərdivanların aşağı uclarında torpağa batırmaq üçün metal iti ucluqlar olmalıdır. Hamar dayaq səthlərdə (parket, metal, lövhə, beton) belə nərdivanlardan istifadə edərkən onların aşağı uclarına rezindən və ya başqa sürüşkən olmayan materialdan başmaqlar taxılmalıdır.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır