Konstruksiya və materialların odadavamlığı elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Yanğından Mühafizə moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
Konstruksiya və materialların odadavamlığı
Bina və tikililərin yanğın təhlükəsizliyi nə ilə təyin olunur?
Bina və tikililərin yanğın təhlükəsizliyi onların oda davamlılığı ilə təyin olunur. Bu isə onları təşkil edən əsas inşaat konstruksiyalarının yanma qabiliyyətindən və odadavamlılığından asılıdır.
İnşaat konstruksiyalarının odadavamlılığı nədir?
Yanğın şəraitində inşaat konstruksiyalarının öz yükdaşıma və çəpərləmə qabiliyyətini mühafizə etməsi odadavamlıq adlanır.
İnşaat konstruksiyalarının odadavamlılığı necə təyin olunur?
İnşaat konstruksiyalarının odadavamlılığı odadavamlılıq həddi ilə xarakterizə olunur. Odadavamlılıq həddi saat və ya dəqiqə ilə ölçülür.Məsələn, tirin odadavamlılıq həddinin 1,5 saat olması o deməkdir ki, həmin tiri standart temperatur rejimində qızdırdıqda yalnız 1,5 saatdan sonra uçula bilər.
Böhran temperaturu nədir?
İnşaat konstruksiyasının odadavamlılıq həddinə çatması onun müəyyən temperatura qədər qızdırılması ilə əlaqədardır ki, bu da böhran temperaturu adlanır.
Binalar davamlılıq dərəcəsinə görə neçə qrupa bölünür?
Binalar beş oda davamlılıq dərəcəsinə bölünür. I,II,III.IV,V
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır