Paytaxt Bakımız növbəti dəfə beynəlxalq bir tədbirə ev sahibliyi edib. Artıq ənənəyə çevrilən və davamlı olaraq keçirilən Azərbaycan Beynəlxalq Təhsil Sərgisi bu il dünyanın 22 ölkəsindən 150-dən çox iştirakçını bir araya gətirib.
8 №-li BPL-nin kollektivi Təhsil Sərgisində iştirak etmişdir
Bu münasibətlə 8 №-li Bakı Peşə Liseyinin kollektivi 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak etmişdir. Bildirmək istəyirəm ki, bu il sərgidə həm təhsilin məzmununu, həm də müasir texnologiyalarını əhatə edən stendlərlə geniş pavilyonda təmsil olunur. Sərgi, həmçinin dünyanın bir çox ölkələrindən təhsillə bağlı insanların bir araya toplamaqla, mövcud təcrübənin öyrənilməsi, əməkdaşlıq perspektivlərinin müzakirə edilməsi, təhsil xidmətləri təklif etməsi baxımından da mühüm əhəmiyyətə malikdir.
Bu ilki sərgidə Peşə Təhsili üzrə Dövlət Agentliyinin 9 müəssisəsi və 15 ixtisası təmsil edən heyətlə qatılmışdır. Sərgidə Peşə təhsili müəssisələri hazır məhsullarla yanaşı, öz istehsal proseslərini də sərgi iştirakçılarına nümayiş etdiriblər. Sərgi iştirakçıları həmçinin məktəblərin istehsalat-təlimi ustaları və tələbələri tərəfindən praktiki nümayiş etdirilən dərslərdə iştirak edərək hədiyyələr əldə etmək imkanı qazanıblar. Agentlik üçün ayrılmış guşədə təqdim olunan xalçaçılıq, vitraj, tikişçilik, zərgərlik, misgərlik, qrim ustası və digər ixtisasların əyani nümunələri təqdim olunub.8 №-li Bakı Peşə Liseyinin kollektivi müxtəlif stendlərə baxmış, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Təhsil Mərkəzinin qrim ustası ixtisasının tələbləri İmadəddin Nəsimi obrazının yaradılması, Mingəçevir Peşə Məktəbinin tikişçi və tikiş avadanlıqlarının operatoru ixtisası üzrə təhsil alan tələbələrin hazırladıqları çantaların üzərində müxtəlif növ tikiş və hörgülərin nümayiş olunmasında iştirak etmişlər.Təhsil prosesinin bütün iştirakçılarını bir arada toplayan, ölkə təhsilinin inkişafında tətbiq edilən yeniliklər, innovativ layihələr haqqında kifayət qədər məlumatlanmaq baxımından bu sərgi xüsusi önəm kəsb edir.
Sonda Peşə Təhsili üzrə Dövlət Agentliyinin stendi sərginin “Ən cəlbedici stend”i nominasiyasında qalib olub.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır