Ana səhifə / Xəbərlər / İnformasiya köşkləri əcnəbi turistə xidmət göstərib

İnformasiya köşkləri əcnəbi turistə xidmət göstərib

Paylaşmaq!

İnformasiya köşkləri əcnəbi turistə xidmət göstəribBakıda “Eurovision-2012” mahnı müsabiqəsinin keçirildiyi günlərdə Bakı Turizm İnformasiya Mərkəzinin Heydər Əliyev Beynəlxalq Aeroportunda, Bakı Dəmiryol Vağzalında, Bakı Beynəlxalq Avtovağzalında, Bakı Dəniz Vağzalının bərə terminalında fəaliyyət göstərən informasiya köşkləri vasitəsilə 3 min 538 nəfər əcnəbi turistə xidmət göstərilib.

İnformasiya köşkləri əcnəbi turistə xidmət göstərib


Bu barədə məlumat verən Bakı Turizm İnformasiya Mərkəzinin  direktor müavini Bəxtiyar Qılıncovun sözlərinə görə, bu köşklərə müraciət edən xarici turistlərə rus, ingilis və başqa əcnəbi dillərdə ölkəmiz haqqında geniş məlumat verilmiş, eyni zamanda, reklam və digər informasiya xarakterli çap materialları, bələdçi kitabları, xəritələr, CD-lər təqdim edilib. Bu işlərin təşkilində Bakı Turizm İnformasiya Mərkəzinin əməkdaşları və Azərbaycan Turizm İnstitutunun tələbələri fəal iştirak ediblər.
Yaxın günlərdə onların B.Qılıncov bildirib ki, “Eurovision”dan əvvəl və müsabiqənin davam etdiyi günlərdə təmsil etdiyi mərkəzin Azərbaycanın turizm potensialının təbliğ olunması və ölkəmizdə turizm sahəsində xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədilə həyata keçirdiyi daha bir layihə “Bakı şəhər turu” (Baku City Tour) olub. Bu tur zamanı fəaliyyət göstərən avtobuslar vasitəsilə 2 min 371 nəfər əcnəbi turist üçün ekskursiya təşkil edilib. Turistlərə reklam informasiya xarakterli çap materialları, bələdçi kitabları, xəritələr, “Rus-Azərbaycan” və “İngilis-Azərbaycan” danışıq kitabçaları verilib.
“Bakı şəhər turu” layihəsinin bir sıra xırda dəyişikliklər edilməklə, bu ilin sonunadək pulsuz reallaşdırılması nəzərdə tutulub.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür

31 Mart — Azərbaycanlıların Soyqırımı Günüdür

Ermənilərin törətdiyi soyqırımı nəticəsində on minlərlə dinc azərbaycanlı əhali - qadın, uşaq, qoca yalnız milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə yetirilib, yaşayış yerləri yandırılıb, talan edilib, milli mədəniyyət abidələrimiz, dini ibadət yerləri dağıdılıb.

Добавить комментарий