Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağac əkilib.
8 №-li BPL-nin kollektivi ağac əkmə aksiyasında
Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması məqsədi daşıyan bu nəcib təşəbbüsə respublikamızın bütün bölgələrində geniş ictimaiyyət nümayəndələri, həmçinin dövlət və hökumət qurumlarının, diplomatik korpusun, icra hakimiyyətləri orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri və könüllü gənclər qoşulublar.Bu genişmiqyaslı tədbirə Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustadının doğulduğu Şamaxı rayonunda start verilib.Daha sonra digər region və bölgələrdə də bu aksiya davam edib.Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu il “Nəsimi ili” elan olunub.Xatırladaq ki, dahi şairin 600 illik yubileyi xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə təntənəli surətdə keçirilib. Mütəfəkkir şairin yaradıcılığında insan və təbiət münasibətlərinin harmoniyası xüsusi yer tutduğuna görə, onun xatirəsinin bu kontekstdə genişmiqyaslı, yaddaqalan tədbirlə əbədiləşdirilməsi ölkəmizin yaşıl, çiçəklənən diyara çevrilməsinə, ətraf mühitin sağlamlaşdırılmasına verilən dəyərli töhfədir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri Vüqar Kərimov bildirib ki, bir gündə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsü çərçivəsində Müşfiqabad qəsəbəsində 5 hektar ərazidə, əsasən meyvə ağacları olmaqla, 5 mindən çox ağac əkilir. İctimai xadimlər, diplomatik korpus və beynəlxalq təşkilatların təmsilçiləri, dövlət və özəl qurumların nümayəndələrinin iştirakı ilə keçirilən bu aksiyaya 1000-ə yaxın insan cəlb olunub. 8 saylı Bakı Peşə Litseyinin müəllim kollektividə bu aksiyada yaxından iştirak edib. Liseyimizin direktor əvəzi Qaradağ rayon Yeni Azərbaycan Partiyasının Qadınlar şurasının müavini, Turan xanım Babaxanova mediya nümayəndəliklərinə verdiyi müsahibəsində bildirdi ki, bu xeyirxah təşəbbüsə hamılıqla səfərbər olunmağımız çox qürurvericidi.Azərbaycanımızın ekologiyasının,təbiətinin, ətraf mühürünün təmizlənməsi və inkişaf etməsi üçün biz əlimizdən gələni əsirgəməyərək bu kimi aksiyalarda daima hamılıqla iştirak etməyi özümüzə borc bilirik. Vətənimizin yaşıllanması,çiçəklənməsi, və ətraf mühütün təmizlənməsi bizim üçün çox böyük önəm kəsb edir.Bizim bu aksiyada bir payımız oımasına çox sevinirik və bu təşəbbüsü irəli sürən Birinci Vitse prezidentimiz Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığımızı bildiririk.Bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü ölkəmizdə aparılan genişmiqyaslı yaşıllaşdırma tədbiri olmaqla yanaşı, vətənimizin abadlığına və estetik gözəlliyinə də xidmət edir. Dahi şair İmadəddin Nəsimi poeziyası insanları paklığa, mənəvi kamilliyə səslədiyi kimi, kütləvi yaşıllaşdırma aksiyası da təbiətin saflaşmasına, ekoloji tarazlığın qorunmasına dəyərli töhfədir.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır