Ana səhifə / Xəbərlər / 8 №-li BPL-də Milli Dirçəliş Günü qeyd olundu

8 №-li BPL-də Milli Dirçəliş Günü qeyd olundu

Paylaşmaq!

Noyabrın 15-də 8 №-li Bakı Peşə Liseyində Milli Dirçəliş Günü münasibəti ilə tədbir keçirilmişdir. Təşkil olunan tədbirdə həmin liseyin məsul işçiləri, müəllim və usta kollektivi, tələbələr iştirak etmişdilər.8 №-li BPL-də Milli Dirçəliş Günü qeyd olundu

8 №-li BPL-də Milli Dirçəliş Günü qeyd olundu

Tədbiri açıq elan edən aparıcılar tədbir iştirakçılarını salamladılar. Bildirdilər ki, 17 noyabr dövlətimiz və xalqımız tərəfindən “Milli Dirçəliş Günü” kimi qeyd edilir. Həmin gün Azərbaycan xalqı bir yumruq kimi sıx birləşərək bütün dünyaya sübut etdi ki, o, azad olmağa layiq xalqdır. Müstəqil Azərbaycanın dövlət səviyyəsində qeyd etdiyi bayramlar içərisində Milli Dirçəliş günü xüsusi yer tutur.8 №-li BPL-də Milli Dirçəliş Günü qeyd olunduAzərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra söz 8 №-li Bakı Peşə Liseyinin  direktor əvəzi Turan Babaxanovaya verildi.8 №-li BPL-də Milli Dirçəliş Günü qeyd olunduTuran xanım  müəllim-pedaqoji heyəti və tələbələri salamladı, onları bayram münasibətilə təbrik etdi. Bildiyiniz kimi, xalqımız keşməkeşlı mübarizələr dolu tarixi bir yol keçmişdir. Bunların hamısının bir məqsədi, bir məramı olmuşdur: azadlıq, müstəqillik.8 №-li BPL-də Milli Dirçəliş Günü qeyd olunduDirçəliş oyanışdı, yenidən yaranmaq, dünyaya təzədən gəlməkdi. Sözün hər mənasında dirçəliş mübarizə aparmaq və özünü təsdiq etməkdi. Elə bizim xalqın da Milli Dirçəliş günü onun özünü təsdiqi idi. Məlumdur ki, 1988-ci il noyabrın 17-də Azərbaycan xalqı ona edilən ədalətsizliyə qarşı yumruq kimi birləşmək qüdrətində olduğunu sübut etdi. İndi Azadlıq adlanan paytaxtın baş meydanında həmin gün bir milyondan artıq soydaşımız Azərbaycanın ərazi bütövlüyünün qəsdinə duranlara qarşı etiraz səsini ucaltdı. XX əsrdə  Azərbaycan xalqının ən böyük nailiyyəti də məhz müstəqil Azərbaycan dövlətinin yaradılmasıdır. Öz müstəqilliyini bərpa edən ölkəmiz artıq demokratik, hüquqi, dünyəvi dövlətin möhkəm təməlini qoymuşdur. Ona görə də XX əsr xalqımızın yaddaşında dövlətçilik, müstəqillik ərazi bütövlüyü uğrunda mübarizə əsri kimi qalacaqdır.  Bu gün Azərbaycan gələcəyə inamla baxır. Möhkəm özülü Heydər Əliyev tərəfindən qoyulmuş dövlətimizin taleyi etibarlı əllərdədir. Heydər Əliyev kürsüsünün layiqli davamçısı, Prezident İlham Əliyev ölkəmizi gələcəyə, yeni uğurlara inamla aparır.Dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün “Milli Dirçəliş Günü” fəxarət mənbəyi sayılmalıdır.8 №-li BPL-də Milli Dirçəliş Günü qeyd olunduLisey rəhbərinin çıxışından sonra  söz Təlim-tərbiyə işləri üzrə direktor müavini Rəsmiyyə Cəfərovaya verildi. O da ilk növbədə müəllim-pedaqoji kollektivi, tələbələri salamladı, 17 noyabr – Milli Dirçəliş Günü münasibəti ilə səmimi təbriklərini çatdırdı. Bildirdi ki,bu dövr ərzində nə qədər ağır sınaqlardan keçdik. XX yüzilliyin sonuna yaxın qarşılaşdığımız problemlər bəlkə də o sınaqların ən məsuliyyətlisi idi. Çünki, burada söhbət ayrı-ayrı şəxslərin deyil, bütöv bir millətin taleyindən, azad və müstəqil yaşaya bilməsindən gedirdi.8 №-li BPL-də Milli Dirçəliş Günü qeyd olunduÇıxış üçün söz alan liseyin riyaziyyat müəllimi Adil Quliyev müəllim-pedaqoji kollektivi, tələbələri salamladı, 17 noyabr – Milli Dirçəliş Günü münasibəti ilə səmimi təbriklərini çatdırdı. Bildirdi ki, 1988 -ci ilin noyabrında 100 minlərlə azərbaycanlı Ermənistanın təxribatlarına və Sovet İttifaqının ikili siyasətinə etiraz olaraq Azadlıq meydanına toplaşdı haqqın, ədalətin və azadlığın bərqərar olmasını hakimiyyətdən tələb etdi.8 №-li BPL-də Milli Dirçəliş Günü qeyd olunduBu hadisə bu gün Azərbaycanda çox düzgün olaraq milli — azadlıq hərəkatının başlanğıcı kimi qiymətləndirilir . 68 il azadlığın nə olduğunu bilməyən bir millətin həmin gün «olum, ya ölüm» savaşı başladı. SSRİ -nin tezliklə məhvə məhkumluğu məhz həmin gün daha aydın göründü. Bu hərəkatdan təqribən 3 il sonra  Azərbaycan xalqı uzun illər həsrətində olduğu müstəqilliyinə qovuşdu. Adil müəllim çıxışını mərhum xalq şairi Zəlimxan Yaqubun Ümummilli və Əbədiyaşar liderimiz Heydər Əiyevə həsr etdiyi  misarları tamamladı.8 №-li BPL-də Milli Dirçəliş Günü qeyd olunduSonra söz liseyin tarix müəllimi Elgün Kazımova verildi. O da öz çıxışında bildirdi ki, tarixi təcrübə göstərir ki, xalqın zəngin mənəvi – intellektual potensialının, milli məfkurə və özünüdərk hissinin konkret zamanda parlayaraq üzə çıxması, qərinələr boyu zənginləşən dövlətçilik ənənələrinin vahid sistem halına gəlməsi uzunmüddətli təkamül prosesinin məntiqi nəticəsi kimi reallaşdı. Yeni ictimai-siyasi formasiyada tarixi məsuliyyəti üzərinə götürən xarizmatiq liderlər xalqın daim arzusunda olduğu azadlıq, müstəqillik və milli dövlətçilik kimi müqəddəs ideyaların gerçəkləşməsində həlledici rol oynayır, bununla da əbədiyaşarlıq hüququ qazanırlar. 1991-ci il oktyabrın 18 də Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz müstəqilliyinə qovuşdu.8 №-li BPL-də Milli Dirçəliş Günü qeyd olunduXalqın milli şüurunun oyanmasına təkan verən 17 noyabrda başlanan hadisələrdən keçən 28 ilə nəzər salsaq, bu illərin nə qədər ağrılı-acılı, eyni zamanda şərəfli bir dövr olduğunu görmək olar. Ötən 28 ildə torpaqlarımızın təxminən 20 faizini Ermənistanın təcavüzü nəticəsində müvəqqəti itirsək də, dövlət müstəqilliyinin möhkəmlənməsini təmin edə bilmişik. 1993-cü ilin iyununda, 1994-cü ilin oktyabrında, 1995-ci ilin martında xaricdən dəstək alan qüvvələr dövlət çevrilişi həyata keçirməyə cəhd göstərdilərsə də, Heydər Əliyevin apardığı uğurlu daxili xarici siyasət nəticəsində öz cavablarını aldılar. Bu gün Azərbaycan regionun güclü dövlətinə çevrilmişdir. Sonra söz liseyin ixtisas fənn müəllimi Şaiq  Qədirova verildi. Böyük tarixə malik xalqımızın bu bayramı milli həmrəyliyin, demokratiyanın, dövlət müstəqilliyimizin qorunması uğrunda mübarizənin təntənəsidir. Xalqın şüurunda baş vermiş milli oyanış xarici siyasət, iqtisadiyyat sahəsində əldə olunmuş uğurların təzahürü, torpaqlarımızın tezliklə işğalçılardan təmizlənməsinin, qaçqınların ata-baba yurdlarına qayıtmasının rəhnidir. Azərbaycan demokratik inkişaf baxımından çox sürətlə irəliyə gedir, deyən İlham Əliyevin fəaliyyətinin təhlilinə nəzərən əminliklə demək olar ki, ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin davam etdirilməsi ictimai zərurət olmaqla yanaşı, Azərbaycanın dövlət müstəqilliyinə əbədi təminatdır.8 №-li BPL-də Milli Dirçəliş Günü qeyd olundu8 №-li BPL-də Milli Dirçəliş Günü qeyd olunduTədbir tələbələrin hazırladıqları kompozisiya, seir, musiqi nömrəsi ilə davam etdi.8 №-li BPL-də Milli Dirçəliş Günü qeyd olundu8 №-li BPL-də Milli Dirçəliş Günü qeyd olundu

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür

31 Mart — Azərbaycanlıların Soyqırımı Günüdür

Ermənilərin törətdiyi soyqırımı nəticəsində on minlərlə dinc azərbaycanlı əhali - qadın, uşaq, qoca yalnız milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə yetirilib, yaşayış yerləri yandırılıb, talan edilib, milli mədəniyyət abidələrimiz, dini ibadət yerləri dağıdılıb.

Добавить комментарий