Oktyabrın 18-də 8 №-li Bakı Peşə Liseyində Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibəti ilə tədbir keçirilmişdir. Təşkil olunan tədbirdə Qaradağ Rayon Yeni Azərbaycan Partiya Təşkilatının sədr müavini Hicrət xanım Qaradağlı başda olmaqla, Xəzər Rayon İdman İdarəsinin inspektoru Süleymanzadə Natiq, Təkmübarizlik Döyüş Mərkəzinin baş məşqçisi Heydərov Sahib, həmin liseyin məsul işçiləri, müəllim və usta kollektivi, tələbələr iştirak etdilər.
8 №-li BPL-də Dövlət Müstəqilliyi Günü qeyd olundu
Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra söz 8 №-li Bakı Peşə Liseyinin direktor əvəzi Turan Babaxanovaya verildi.Turan xanım gələn qonaqları, müəllim-pedaqoji heyəti və tələbələri salamladı, onları bayram münasibətilə təbrik etdi. Bildirdi ki, müstəqil dövlətimizin, xalqımızın həyatında ən əlamətdar və şərəfli hadisə Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür. Bu gün xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsidir.Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ümummilli Liderin çoxşaxəli fəaliyyətinin nəticələrinə arxalanaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi, sosial və hərbi sahələrdə nəzərəçarpan tərəqqi əldə edib. Azərbaycan yerləşdiyi bölgədə baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir olan ölkəyə çevrilib.Azərbaycan özünün siyasi və iqtisadi qüdrəti, strateji mövqeyi, zəngin təbii ehtiyatlarından xarici siyasət prioritetlərinin təmin olunmasında məharətlə istifadə edir. Dövlətimizin başçısının həyata keçirdiyi uğurlu inkişaf strategiyası nəticəsində ölkə iqtisadiyyatı özünün inkişaf sürətinə görə dünyada ən yüksək yerlərdə durur.Lisey rəhbərinin çıxışından sonra söz Qaradağ Rayon Yeni Azərbaycan Partiya Təşkilatının sədr müavini Hicrət xanım Qaradağlıya verildi.O da ilk növbədə müəllim-pedaqoji kollektivi, tələbələri salamladı, 18 oktyabr — Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibəti ilə səmimi təbriklərini çatdırdı. Bildirdi ki, müstəqilliyinin ilk illərində ölkəmiz xeyli çətinliklərlə üzləşdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev ölkəmizin müstəqilliyinin əbədi və dönməz etdi. Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, əslində Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi. Məhz Ümummilli Liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Azərbaycanı müsəlman Şərqində ilk demokratik respublika olan Xalq Cümhuriyyətinin varisi elan edən ümummilli lider Heydər Əliyev müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat çətindir məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başladı. Ulu Öndərin yorulmaz səyləri nəticəsində qısa müddətdə Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəldi. Bütün bunlar bir daha deməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir. Bu gün münasibəti ilə bir daha xalqımızı təbrik edirəm.Daha sonra tədbirdə iştirak edən pedaqoji kollektivin üzvüləri Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimizin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir fikrini səsləndirirək 18 oktyabr — Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibəti təbrik etdilər.Tədbir tələbələrin hazırladıqları kompozisiya, mahnı, musiqi nömrəsi ilə davam etdi.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır