Ana səhifə / Xəbərlər / 20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii tədbir

20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii tədbir

Paylaşmaq!

Yanvarın  17-də  8 №-li Bakı Peşə Liseyində 20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilmişdir.

Təşkil olunan tədbirdə liseyin məsul işçiləri, müəllim və usta kollektivi, tələbələr iştirak etmişdilər.

20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii tədbir

Tədbiri açıq elan edən aparıcı tədbir iştirakçılarını salamladılar. Bildirildi ki, XX əsr tarixinə insanlığa və bəşəriyyətə qarşı ən amansız və dəhşətli cinayətlərdən biri kimi düşmüş 1990-cı ilin 20 Yanvar hadisələrinin 30-cu ildönümü ərəfəsindəyik.20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii tədbirXalqımızı qəlbən sarsıtmış bu faciənin başvermə səbəbləri ilə bağlı zaman-zaman müxtəlif rəylərə rast gəlinsə də, bütün əks mövqelər məhz bir nöqtədə kəsişir: bu tarixi gündə Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri çəkilməyəcəyini, bu müqəddəs amal uğrunda hətta canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi.20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii tədbirAzərbaycan xalqının minilliklərlə ölçülən zəngin və şərəfli tarixində həm qəhrəmanlıq, həm də faciə səhifələri bir-birini əvəz etmiş, nəsildən-nəslə qan yaddaşı və gen vasitəsilə ötürülmüşdür. Tariximizin 20 yanvar səhifəsinin unikallığı isə ondadır ki, o eyni vaxtda həm faciə, həm də qəhrəmanlıq nümunəsidir.20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii tədbirSonra söz liseyin tarix müəllimi Elgün Kazımova verildi. O da öz çıxışında bir tarixçi kimi bu faciənin tarixinə nəzər saldı. 20 Yanvar hadisəsinin Azərbaycan xalqına qarşı törədilmiş qırğın, soyqırım adlandıraraq 20 Yanvar şəhidlərini «Azadlıq carçıları» olub, xalqımızın qan yaddaşına əbədi olaraq qızıl hərflərlə yazıldığını söylədi.

Bildirdi ki, həmin gün müstəqillik istəyi ilə həmrəylik nümayiş etdirən dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbiri Beynəlxalq İnsan Haqları Bəyannaməsinin və bu sahədə qəbul olunmuş digər konvensiyaların müddəalarının kobud şəkildə pozulması demək idi. Artıq çökməkdə olan sovet rejimi son günlərində bütün tarixi ərzində törətdiyi cinayətlər sırasına misli görünməmiş bir vəhşilik aktı da əlavə etdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə təpədən-dırnağa qədər silahlanmış sovet ordusu hissələri heç bir xəbərdarlıq edilmədən Bakı şəhərinə və Azərbaycanın bir sıra digər rayonlarına yeridilərək Azərbaycan xalqına vəhşicəsinə divan tutdu.20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii tədbirÜmummilli lider 20 Yanvar günü imperiya qoşunları qarşısında mərdi-mərdanə dayanan Azərbaycanın mərd oğul və qızlarının bu dəyanətini çox yüksək qiymətləndirərək demişdir: “Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta, şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi.20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii tədbir1990-cı ilin Qanlı Yanvarında Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış Vətən övladları özlərinin fədakarlığı, şəhidliyi ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Bu gün Azərbaycan xalqı özünün milli mənliyini qorumaq üçün canlarından keçən övladları ilə fəxr edir.”20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii tədbirSonra tədbir liseyin tələbələrindən ibarət ədəbi-bədii kompazisiya ilə davam etdirildi.20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii tədbir20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii tədbir20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii tədbir20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii tədbirAzərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrinin 30 illiyi ilə əlaqədar 233 №-li qrupun təqdimatında 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş 20 Yanvar-qan yaddaşımız!!! Adlı videoçarx nümayiş olundu.

Tədbirdə o da qeyd olundu ki, Ümummilli lider 20 Yanvar hadisələri zamanı həlak olanların xatirəsinin əbədiləşdirilməsi istiqamətində də bir sıra mühüm tədbirlər həyata keçirdi. Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ilk olaraq Şəhidlər Xiyabanını ziyarət etdi. Və elə yerindəcə tapşırıq verdi ki, qısa müddətdə bütün şəhid məzarlarının üstü götürülsün və burada memorial kompleks ucaldılsın. Bunun üçün dövlət səviyyəsində lazımi vəsait ayrıldı və bu iş qısa zamanda başa çatdırıldı. Məhz ulu öndərin sərəncamı ilə 20 Yanvar Ümumxalq hüzn günü elan olundu…20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii tədbir20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii tədbir20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii tədbirBakıda Vətən şəhidlərinə böyük ehtiramla xatirə kompleksi ucaldıldı. Şəhidlər Xiyabanı xalqımızın müqəddəs and yerinə, ziyarətgahına çevrildi…20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii tədbir20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində daha bir addım metronun «20 Yanvar» stansiyasının üzərindəki dairədə xatirə kompleksinin yaradılması oldu…20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii tədbir20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii tədbirPrezident İlham Əliyevin tapşırığı ilə 2009-cu ilin oktyabrında Bakının Yasamal rayonundakı «20 Yanvar» dairəsində memorial abidə kompleksinin inşasına başlanıldı. 2010-cu il yanvarın 20-də isə Kompleksin açılışı oldu. Ümumi sahəsi 1500 kvadratmetr olan Xatirə kompleksinin mərkəzində hündürlüyü postamentlə birlikdə 8 metr olan əzəmətli abidə ucaldılıb. Kompleksin üzərində 20 Yanvar faciəsi zamanı həlak olmuş 147 nəfərin adı və soyadı qızılı hərflərlə həkk olunub.

Bu gün xalqımız 20 Yanvar hadisələrinin 30-cu ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir… Bu qədirbilənlik həm də o deməkdir ki, az keçməyəcək Qarabağda da eyni mətinliklə Qələbə qazanacağıq…

Bu qələbəyə həm də Azərbaycanın bugünkü hərtərəfli uğurları, bütün dünyada gündən-günə artan nüfuzu, Dövlət Başçımız, Ali Baş Komandan, Prezident İlham Əliyevin bu istiqamətdə qətiyyətli addımları da zəmanət verir…

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür

31 Mart — Azərbaycanlıların Soyqırımı Günüdür

Ermənilərin törətdiyi soyqırımı nəticəsində on minlərlə dinc azərbaycanlı əhali - qadın, uşaq, qoca yalnız milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə yetirilib, yaşayış yerləri yandırılıb, talan edilib, milli mədəniyyət abidələrimiz, dini ibadət yerləri dağıdılıb.

Добавить комментарий