Ana səhifə / Word 2010 / Mətnin bir neçə sütunda formatlaşdırılması

Mətnin bir neçə sütunda formatlaşdırılması

Paylaşmaq!

Mətnin bir neçə sütunda formatlaşdırılmasıƏziz oxucularım gadirov.com saytının daimi ziyarətçiləri. Xoş gördük sizləri. Microsoft Word

Mətnin bir neçə sütunda formatlaşdırılması
Sütunlar pəncərəsinin tərkibi

2010 proqramına həsr olunmuş növbəti otuzuncu video dərsliyimdə sizləri salamlayıram. Bugünkü, dərsimizin mövzusu Mətnin bir neçə sütunda formatlaşdırılması olacaq.

Mətnin bir neçə sütunda formatlaşdırılması

Əvvəlcə onu demək istəyirəm ki, bu mövzu ilə bağlı video dərslik və bu mövzunun izahı Word 2003 proqramını öyrənərkən deyilmişdi. Word 2003 proqramında mətnin bir neçə sütunda formatlaşdırılması düyməsi standart alətlər lövhəsinə bərkidilmişdi. Əgər siz Word 2003 proqramı ilə tanışsınızsa, onda söylədiyimi başa düşdünüz. Yox əgər bu proqramdan yeni istifadə edirsinizsə, onda həmin əməliyyatı yerinə yetirmək üçün standart alətlər lövhəsində olan Sütunlar- Колонки düyməsini sıxmaqla həyata keçirmək olar. Qayıdaq Microsoft Word 2010  proqramına. Maraqlıdır ki, Word 2010 proqramında Sütunlar- Колонки  adlanan düymə başqa lent üzərində formalaşdırılıb. Odur ki, bu funksiyanın sənəd üzərində necə tətbiq olunmasını araşdıraq. Təbii ki, SütunlarКолонки mövzusunun tətbiqi bir növ sənədin xarici görünüşünü dəyişmək üçün nəzərdə tutulmuşdur. Biz Microsoft Word 2010  proqramına aid video dərslikləri çəkərkən bu mövzulara da xeyli yer ayırmışıq. Bunun üçün sadəcə mətnin xarici görünüşünün dəyişdirilməsi ilə bağlı bir sıra dərsliklərə baxmağınız kifayət edər.

Mətnin bir neçə sütunda formatlaşdırılması
Bir sütun
Mətnin bir neçə sütunda formatlaşdırılması
İki və ya üç sütun

Məlumdur ki, Word 2010 proqramında mətnin bir neçə sütunda formatlaşdırılması üçün həmin mətn seçilməlidir.Mətnin seçilməsi üçün üsullar çoxdur. Video dərsdə biz klaviaturadan istifadə edərək bütövlükdə mətni seçmək üçün CTRL düyməsi sıxılı vəziyyətdə A hərfini vuracağıq. Bundan sonrakı mərhələdə mövcud vərəqimizdə olan mətnin neçə sütunda göstərilməsini təmin etmək üçün bu dəfə biz Разметка страницы lentinə daxil olub Колонки düyməsini sıxırıq. Açılan menyuda mətni sütunlara bölmək üçün beş variant istifadəçiyə təklif olunur. Hal-hazırda Одна deyilən sətr seçilib ki, bu da mətnin bir sütunda görünməsini təmin edir. Əgər biz mətnimizi iki və ya üç sütuna bölmək istəyiriksə, onda müvafiq olaraq ДвеТри sətri seçilməlidir. Gördüyümüz kimi mətnimiz müvafiq olaraq iki və ya üç sütuna bölündü. Bir növ qəzet səhifəsində olduğu kimi görsəndi.Bir məsələni də nəzərinizə çatdırım ki, mətnin bir neçə sütunda formatlaşdırılması üçün sənəd hökmən çap rejimində olmalıdır. Əgər digər rejimində bu funksiyanı tətbiq etsəniz, onda sənəd yenə çap rejiminə qayıtmış olacaq. Mətnin bir neçə sütunda formatlaşdırılması üçün nəzərdə tutulan düymənin parametrlərini dəyişmək üçün elə həmin menyuda другие колонки əmri sıxılmalıdır. Açılan Колонки adlanan pəncərənin elementlərinin köməyi ilə biz sütunların sayını, sütunların eni və onlar arasındakı məsafəni, sütunlar arasındakı bölgünü və sair bu kimi parametrləri dəyişmək mümkündür. Əməliyyatın sənədə tətbiqi üçün sadəcə pəncərədə olan Ok düyməsi sıxılmalıdır. Aşağıdakı video dərsdə mövzunun praktik hissəsi verilib.

Beləliklə biz Word 2010 proqramında mətnin bir neçə sütunda formatlaşdırılması mövzusunu öyrəndik. İnanıram ki, Word 2010 proqramını yeni öyrənən istifadəçilər üçün bu video dərsim də faydalı olacaq. Onlar yığdıqları mətnləri sütunlara bölməyi bacaracaqlar. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Sənədə şəkil və clipartların yerləşdirilməsi

Sənədə şəkil və clipartların yerləşdirilməsi

Bugünkü, video dərsimizin mövzusu Sənədə şəkil və clipartların yerləşdirilməsi olacaq. Qeyd etmək istəyirəm ki, Microsoft Word 2010 proqramında şəkil və cliaprtları sənədə əlavə etmək üçün müxtəlif funksiyalar mövcuddur. İndi isə bu funksiyalarla tanış olaq.

Добавить комментарий