Ana səhifə / Word 2010 / Word 2010 proqramında təkzib və təkrar düymələri

Word 2010 proqramında təkzib və təkrar düymələri

Paylaşmaq!

Əziz oxucularım gadirov.com saytının daimi ziyarətçiləri. Microsoft Word 2010 proqramına həsr olunmuş növbəti on ikinci videodərsliyimdə sizləri salamlayıram. Bugünkü, dərsimizin mövzusu Word 2010 proqramında dəyişikliklərin təkzibi və təkrarı olacaq. Hər şeydən əvvəl onu qeyd etmək istərdim ki, əməliyyatın təkzibi və təkrarı düymələri daxil edən dəyişiklikləri təkzib və təkrar etməyə imkan yaradır. Word 2007 proqramından başlayaraq əməliyyatı təkzib və təkrar edən düymələr ani işə salma (панели быстрого доступа)  panelində yerləşdirilir.Bu düymələrin köməyi ilə əməliyyatı təkzib və təkrar edə bilərik.

Word 2010 proqramında təkzib və təkrar düymələri

Word 2010 proqramında təkzib və təkrar düymələri
Ani işə salma paneli

Gəlin ilk növbədə Word 2010 proqramının ani işəsalma panelinə (панели быстрого доступа) nəzər

Word 2010 proqramında təkzib və təkrar düymələri
Düymənin panelə əlavə olunması

yetirək. Bu düymələrin orada olub-olmamasına fikir verək. Gördüyümüz kimi paneldə həmin düymələr yoxdur. Həmin düymələrin panelə əlavə olunması üçün həmin panelin sağ aşağı küncündə olan Настройка панели быстрого доступа (ani işə salma panelinin ayarları) deyilən düymə sıxılır. Və açılan menyudan  əvvəlcə отменить sonra isə вернуть sətri seçilir. Beləliklə əməliyyatı təkzib edən (отменить) və əməliyyatı təkrar edən (вернуть) düymələri panelə əlavə olundu. Bu düymələrin işləmə prinsipi ilə tanış olaq. Bunun üçün ilk növbədə mətndə olan hər hansı bir sətr qeyd olunur. Sonra klaviaturada

Word 2010 proqramında təkzib və təkrar düymələri
Təkrar düyməsi

delete düyməsini sıxaq. Gördüyümüz kimi qeyd olunan mətn silindi. Ani işə salma panelinə (панели быстрого доступа) diqqət yetirsək görərik ki, əməliyyatı təkzib edən (отменить)

Word 2010 proqramında təkzib və təkrar düymələri
Düymələr paneldə

düyməsi aktivləşdi. Biz bu düymənin üzərində siçanın göstəricisini bir dəfə vurmaqla mövcud əməliyyatımızın nəticəsini ləğv edə bilərik. Əgər əməliyyatımızın nəticəsini təkrarlamaq istəyiriksə, onda ani işə salma panelində (вернуть) düyməsi sıxılmalıdır.

Əziz oxucularım video dərslikdə demədiyim bir üsulda qaldı. Belə ki, əməliyyatı təkzib və təkrar edən düymələrin iş prinsipini klaviatura düymələri ilə də əvəzləmək olar. Əgər klaviaturada CTRL düyməsi sıxılı vəziyyətdə Z hərfi vurularsa, onda əməliyyat təkzib (отменить) olunacaq. CTRL düyməsi sıxılı vəziyyətdə Y hərfi vurularsa isə əməliyyat təkrarlanacaq.

Sonda bir müəllif kimi qeyd etmək  istəyirəm ki, bu video dərsliyim Microsoft Office Word 2010 proqramını müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Sənədə şəkil və clipartların yerləşdirilməsi

Sənədə şəkil və clipartların yerləşdirilməsi

Bugünkü, video dərsimizin mövzusu Sənədə şəkil və clipartların yerləşdirilməsi olacaq. Qeyd etmək istəyirəm ki, Microsoft Word 2010 proqramında şəkil və cliaprtları sənədə əlavə etmək üçün müxtəlif funksiyalar mövcuddur. İndi isə bu funksiyalarla tanış olaq.

Добавить комментарий