Əziz oxucularım gadirov.com saytının daimi ziyarətçiləri. Microsoft Word 2010 proqramına həsr olunmuş növbəti səkkizinci video dərsliyimdə sizləri salamlayıram. Bugünkü, dərsimizin mövzusu Word 2010 proqramında sənədin açılması olacaq. Yəni proqramda sənədə müraciət qaydası. İlk növbədə onu qeyd edim ki, mən Office proqramlarına həsr olunmuş müxtəlif video dərsliklərimdə bu mövzuya toxunmuşam. Təbii ki, Word 2010 proqramında da bu mövzuya toxunacam. Çünki proqramda aparılan vacib əməliyyatlardan biri də məhz proqramda sənədin açılmasıdır.
Word 2010 proqramında sənədə müraciət
Əvvəlcə onu qeyd edim ki, Word 2010 proqramında alətlər panelləri yoxdur. Bunun əvəzinə lentlər mövcuddur. Təbii ki, Открыть adlanan düymə adi
qaydada proqramın interfeysi üzərində görsənmir. İlk növbədə bu düymənin ani işə salma panelinə əlavə olunasını öyrənək. Sonrakı mərhələdə sənədin proqrama çağrılması prosedurları ilə tanış olaq. Открыть adlanan düymənin ani işə salma panelinə əlavə olunması üçün həmin panelin sağ aşağı küncündə olan Настройка панели быстрого доступа (ani işə salma panelinin ayarları) deyilən düymə sıxılır. Və açılan menyudan Открыть sətri seçilir. Beləliklə Открыть düyməsi panelə əlavə olundu. Bu düymənin köməyi ilə biz hər hansı bir faylımızı proqrama çağıra bilərik. Bunun üçün Открыть düyməsi üzərində siçanın sol düyməsi bir dəfə sıxılır. Açılan Открытие документа deyilən pəncərədə biz faylımızın ünvanını tapırıq. Bizim nümunədə bu iş masası olacaq. Sonra isə faylı seçib pəncərədəki Открыть düyməsini sıxaq. Gördüyümüz kimi faylı proqrama çağırdıq. Əlbəttə ki, Word 2010 proqramında sənədə müraciət üçün ani salma panelində olan Открыть düyməsindən başqa
Fayl (Файл) menyusunda olan mövcud əmrdən istifadə etməyi təklif edir. Bunun üçün biz Fayl(Файл) menyusuna müraciət
edirik. Açılan menyudan Открыть sətri seçirik. Beləliklə digər bir faylımızı ekrana çağırırıq. Bu üsul faylın proqrama çağrılmasının ikinci üsulu idi. Sənədin proqrama çağrılmasının üçüncü üsulu isə klaviatur alternativi ilədir. Əvvəlki video dərslərimdə bu cür alternativ üsullar sizə öyrədilmişdir. Word 2010 proqramına həsr olunmuş video dərslikdə də bu üsuldan istifadə edəcəyik. Bunun üçün əvvəlcə CTRL düyməsini sıxın. Sonra isə O hərfini klaviaturada vurun. Beləliklə eyni adlı pəncərə açılacaq. Bu dəfə digər faylımızı seçib proqramda açacağıq. Gördüyüm kimi sənədimiz proqrama çağrıldı. Bir sözlə göstərilən əməliyyat ardıcıllıqları bütün Office proqramları üçün keçərlidir. Bu üsulları öyrənməklə siz çox sadə üsullarla proqramda sənədi ekrana çağırmağı bacaracaqsınız.
Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Microsoft Office Word 2010 proqramını müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır