Ana səhifə / Word 2010 / Word 2010 proqramında sadə düsturların daxil edilməsi

Word 2010 proqramında sadə düsturların daxil edilməsi

Paylaşmaq!

Əziz oxucularım gadirov.com saytının daimi ziyarətçiləri. Microsoft Word 2010 proqramına həsr olunmuş növbəti on doqquzuncu video dərsliyimdə sizləri salamlayıram. Bugünkü dərsimizin mövzusu Word 2010 proqramında sadə düsturların daxil edilməsi olacaq. Bildiyimiz kimi Microsoft Word 2010 proqramına bəzən sadə kimyəvi və riyazi düsturlar daxil etmək məcburiyyətində qalırıq.

Word 2010 proqramında sadə düsturların daxil edilməsi 

Word 2010 proqramında sadə düsturların daxil edilməsi
100 m.kv.

Bu halda belə bir sual meydana gəlir ki, Microsoft Word 2010 proqramında qüvvət üstü və qüvvət altı

Word 2010 proqramında sadə düsturların daxil edilməsi
Надстрочный знак

ifadələrin daxil edilməsi üçün hansı əməliyyat ardıcıllığı görülməli idi? Gördüyümüz kimi bizim nümunədə həm riyazi, həm də kimyəvi formula verilir. İlk öncə bu formulları Microsoft Word 2010 proqramına daxil edək. Məsələn bizim nümunəmizdə 100 metr kvadratı ifadəsini yazmaq üçün əvvəlcə 100 rəqəmini sonra isə m hərfini daxil edirik. Kvadratı yazmaq üçün isə m hərfinin sonuna kursoru yerləşdiririk Шрифт adlanan paneldə Надстрочный знак düyməsini sıxırıq. Bu zaman kursorumuz m hərfinin yuxarısına qalxır. Sonra biz 2 rəqəmini daxil edirik. Gördüyümüz kimi 100 m2 formulasını yazdıq. Növbəti kimyəvi düsturun və ya formulanın daxil edilməsi üçün aşağıdakı əməliyyatları yerinə yetirməliyik. Məsələn bizim nümunədə suyun kimyəvi düsturunu daxil etmək tələb olunur. Bunun üçün əvvəlcə H hərfini yazırıq.

Word 2010 proqramında sadə düsturların daxil edilməsi
Suyun düsturu

Sonra Шрифт adlanan paneldə Подстрочный знак düyməsini sıxırıq. Bu zaman kursorumuz H hərfinin

Word 2010 proqramında sadə düsturların daxil edilməsi
Подстрочный знак

aşağısına düşür. Sonra biz 2 rəqəmini daxil edirik. Düsturda tələb olunan O hərfinin yazılması üçün əvvəlcə Подстрочный знак düyməsini təkrar vururuq. Bu əməliyyat kursorun əvvəlki mövqeyinə qayıtmasına kömək edir. Sonra biz düsturda tələb olunan O hərfini yazırıq. Beləliklə biz suyun kimyəvi düsturunu yazmış olduq. Gördüyümüz kimi sadə kimyəvi və riyazi düsturların daxil edilməsi məhz bu düymələrin köməyi ilə həyata keçirilir. Qeyd etmək lazımdır ki, Microsoft Word 2003 proqramında Подстрочный знак və Надстрочный знак düyməsi adi qaydada alətlər panelində yox idi. Bu funksiyaların tətbiqi üçün Формат menyusunun Шрифт adlanan əmrindən istifadə olunurdu.

Sonda bir müəllif kimi qeyd etmək  istəyirəm ki, bu video dərsliyim Microsoft Office Word 2010 proqramını müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Sənədə şəkil və clipartların yerləşdirilməsi

Sənədə şəkil və clipartların yerləşdirilməsi

Bugünkü, video dərsimizin mövzusu Sənədə şəkil və clipartların yerləşdirilməsi olacaq. Qeyd etmək istəyirəm ki, Microsoft Word 2010 proqramında şəkil və cliaprtları sənədə əlavə etmək üçün müxtəlif funksiyalar mövcuddur. İndi isə bu funksiyalarla tanış olaq.

Добавить комментарий