Ana səhifə / Word 2010 / Word 2010 proqramında interval anlayışı

Word 2010 proqramında interval anlayışı

Paylaşmaq!

Word 2010 proqramında interval anlayışı
Hərflər arası interval

Əziz oxucularım gadirov.com saytının daimi ziyarətçiləri. Xoş gördük sizləri. Microsoft Word 2010 proqramına həsr olunmuş növbəti iyirmi altıncı video dərsliyimdə sizləri salamlayıram. Bugünkü, dərsimizin mövzusu Word 2010 proqramında interval anlayışı  olacaq.  Əvvəlcə bildirmək istəyirəm ki, Word 2003 proqramına aid video dərslik qələmə alarkən bu anlayışı “Mətnlərin xarici görünüşünün dəyişdirilməsi” mövzusunun tərkibində vermişdim. Word 2007 proqramına aid video dərslik qələmə alarkən bu anlayışı “Mətnlərin düzlənməsi və interval” mövzusunun tərkibində yazmışdım. Word 2010 proqramına aid video dərsliklər qələmə alarkən düşünürük ki, bu mövzunu ayrılıqda verək. Word 2007 proqramında “Mətnlərin düzlənməsi və interval” mövzusunu şərh edərkən interval anlayışını iki hissəyə böldüm. Birinci hərflər arası interval, ikincisi sətirlər arası interval. Həmçinin bu cür bölgü Word 2010 proqramına da aiddir. Çünki Word 2010 proqramının interfeysi Word 2007  proqramının interfeysindən az fərqlənir. Və odur ki, bu mövzunun şərhi də Word 2010 proqramına həmçinin aid olacaq.

Word 2010 proqramında interval anlayışı

Qeyd etmək istəyirəm ki, hərflər arası intervalı dəyişmək üçün  Word 2010 proqramında Шрифт adlanan əmrlər blokundakı xüsusi düymədən

Word 2010 proqramında interval anlayışı
İntervalı dəyişmək

yəni, Шрифт adlanan panelin aşağı sağ küncündə yerləşən Шрифт dialoq pəncərəsindən istifadə olunur. Bu pəncərə iki səhifədən ibarətdir. Дополнительно adlanan səhifədə Интервал sahəsində Обычный yazılıb. Bu o deməkdir ki, hərflər arası interval Word 2010 proqramının qəsdən susaraq qəbul etdiyi ölçüdədir. Əgər biz bunu Разреженный sətrinə dəyişib OK düyməsini sıxsaq, onda hərflər arası interval 1 pt dəyişəcək. Beləliklə biz hərflər arası intervalı dəyişməyi bacardıq.

Word 2010 proqramında interval anlayışı
Sətirlər arası interval

Sətirlər arası intervalın dəyişilməsi üçün Word 2010 proqramı bir sıra üsullar təklif edir.

Word 2010 proqramında interval anlayışı
İntervalı dəyişmək

Üsulların birincisi Абзац əmrlər blokundakı Интервал düyməsinin köməyi ilə aparılır. Digər üsul isə Абзац dialoq pəncərəsində olan Интервал bölümündəki sahələrin köməyi ilə həyata keçirilir. Gəlin bu üsulları əyani tətbiq edək. Bunun üçün verilmiş mətndə istənilən abzasınızı qeyd edin. Sonra siçanın göstəricisini Абзац əmrlər blokunda yerləşən Интервал düyməsinə yaxınlaşdırın. Bu düymənin sağ tərəfində olan ox işarəsi üzərində siçanin göstəricisini bir dəfə vurun. Açılan menyu vasitəsilə sətirlər arası intervalı dəyişmək üçün siyahıda verilən parametrlərdən birini seç. Bizim nümunədə bu 2 pt olacaq. Gördüyümüz kimi sətirlər arası intervalı böyütdük. Bu əməliyyatı başqa üsulla yerinə yetirmək istəsək, onda Абзац dialoq pəncərəsində olan Интервал bölümündəki Междустрочный sahəsindəki sətirlərin köməyi ilə dəyişmək olar. Mövzunun davamını aşağıdakı video dərslik vasitəsilə izləmək mümkündür.

Sonda bir müəllif kimi qeyd etmək  istəyirəm ki, bu video dərsliyim Microsoft Office Word 2010 proqramını müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Sənədə şəkil və clipartların yerləşdirilməsi

Sənədə şəkil və clipartların yerləşdirilməsi

Bugünkü, video dərsimizin mövzusu Sənədə şəkil və clipartların yerləşdirilməsi olacaq. Qeyd etmək istəyirəm ki, Microsoft Word 2010 proqramında şəkil və cliaprtları sənədə əlavə etmək üçün müxtəlif funksiyalar mövcuddur. İndi isə bu funksiyalarla tanış olaq.

Добавить комментарий