Əziz oxucularım gadirov.com saytının daimi ziyarətçiləri. Xoş gördük sizləri. Microsoft Word 2010 proqramına həsr olunmuş növbəti iyirmi dördüncü video dərsliyimdə sizləri salamlayıram. Bugünkü dərsimizin mövzusu Word 2010 proqramında abzasların düzlənməsi olacaq. Hər şeydən əvvəl onu qeyd etmək lazımdır ki, sənədin xarici görünüşünün dəyişdirilməsi üsullarından biri də abzasların düzlənməsi əməliyyatıdır. Bu mövzu Word proqramının müxtəlif versiyalarında aktivdir. İstər yeni başlayan istifadəçi, istərsə də bu proqramda az-çox təcrübəsi olan istifadəçi Word proqramı ilə işləyərkən bu mövzu ilə qarşılaşır. Əvvəlcə bu əməliyyatın nəzəri hissəsinə toxunaq. Yəni düzlənmə dedikdə nə başa düşülür?
Word 2010 proqramında abzasların düzlənməsi
Düzlənmə dedikdə səhifənin sahələrinə nisbətdə abzasın mövqeyi başa düşülür. Ümumiyyətlə Word 2000 proqramından başlayaraq bu günə kimi olan versiyalara qədər proqram abzasın düzlənməsi üçün dörd üsul təklif edir. Word 2010 proqramında da abzasların düzlənməsi üçün dörd üsul mövcuddur. Məhz bu üsullardan istifadə edərək mətnin xarici görünüşünü dəyişə bilərik.
Mən ilk növbədə qarşımızda olan Word 2010 proqramına diqqət yetirməyinizi tövsiyə edirəm. Bu proqramda abzasla bağlı müxtəlif əməliyyatları yerinə yetirmək üçün Главная lenti üzərinə bərkidilmiş Абзац paneli mövcuddur. Абзац paneli üzərində abzasların düzlənməsi üçün dörd düymə yerləşir. Hal-hazırda proqramın qəsdən susaraq qəbul etdiyi üsul sola doğru (По левому краю) düzlənmədi. Yəni proqrama daxil edilmiş mətn sola doğru düzlənəcək. Ona görə də bu gün ki dərsimizdə yeni başlayan istifadəçilərə bu üsulların hamısının izahı olacaq. Video dərsdə deyildiyi kimi mətnimizdə olan sərlövhə sətrini biz mərkəzə doğru düzləndirməliyik. Bunun həmin sərlövhə sətri qeyd olunacaq. Mətnin seçilməsi bizim nümunədə siçanın göstəricisini sıxmaqla aparılıb. Sonra Главная lenti üzərinə bərkidilmiş Абзац panelində olan По центру-mərkəzə doğru düzlənmə düyməsini
sıxacağıq. Gördüyümüz kimi mətnimizin sərlövhə sətri mərkəzə doğru düzləndi. Mətnimizdə olan digər abzaslara da müxtəlif düzlənmə üsullarını tətbiq etmək olar. Belə ki, sərlövhə sətrinin aşağısında yerləşən mətni səhifənin eninə görə düzləndirmək istəyirik. Bunun üçün həmin abzas seçilir. Sonra Главная lenti üzərinə bərkidilmiş Абзац panelində olan По ширине-enə görə düzlənmə düyməsi sıxılır. Beləliklə seçilmiş mətnimiz səhifənin eninə görə düzləndi. Qeyd etmək lazımdır ki, adi mətn bu üsulla yığılır. Video dərslikdə göstərildiyi kimi digər bir abzasımıza По центру-mərkəzə doğru düzlənmə üsulu tətbiq olunur. Həmin abzası səhifənin
soluna doğru düzləndirmək üçün sadəcə abzas seçilir sonra Главная lenti üzərinə bərkidilmiş Абзац panelində
olan По левому краю düyməsini sıxmaq lazımdır. Beləliklə mətnimiz səhifənin soluna doğru düzləndi. Digər bir mətnimizi və abzasımız səhifənin sağ sahəsinə doğru düzləndirmək üçün əvvəlcə həmin abzas seçilməlidir. Daha sonra Главная lenti üzərinə bərkidilmiş Абзац panelində olan По правому краю- sağa doğru düyməsini vurmalıyıq. Beləliklə seçilmiş abzasımız səhifənin sağ sahəsinə doğru düzləndi. Qeyd etmək lazımdır ki, video dərsliyimdə təqdim etdiyim abzasların düzlənməsi ilə bağlı dörd üsul yeni başlayan istifadəçilər üçün hesab edirəm çox əhəmiyyətlidir. Bu mövzu daha geniş yanaşma məhz abzas adlanan dialoq pəncərəsi vasitəsilə öyrənmək olar. Video dərsliyimdə bu da izah olunur. Abzasların formatlaşdırılması ilə bağlı bizim video dərslərimiz davam edəcək. Digər dərsliyimizdə bu mövzu ətrafında daha geniş müzakirələr aparılacaq. Odur ki, kanalımıza abunə olun. Yeni video dərsləri izləməkdə davam edin.
Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Microsoft Office Word 2010 proqramını müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır