Word 2007 cədvəl daxili mətnin düzləndirilməsi
Word 2007 cədvəl daxili mətnin düzləndirilməsi bugünkü, video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Microsoft Word 2007 proqramına həsr olunmuş növbəti video dərsliyimdə salamlayıram.
Bildiyimiz kimi cədvələ daxil olduqdan sonra və yaxud da sənədə yerləşdirildikdən sonra cədvəl daxili elementləri düzləndirmək işin əsas məsələlərindən biridir. Daha baxımlı cədvəl yaratmaq üçün ilk növbədə cədvəl daxili elementlər düzləndirilməlidir.
Word 2007 cədvəl daxili mətnin düzləndirilməsi
Word-ün digər versiyalarında olduğu kimi Word 2007-ci ilin versiyasında da cədvəl elementlərinin düzləndirilməsidir. Əvvəlcə düzləndirmə elementləri ilə gəlin biz tanış olaq. İlk növbədə düzləndiriləcək mətin qeyd olunmalıdır, daha sonra bizə tanış olan lent yəni Maket lenti seçilməlidir. Bu lentin Выравнивание-Düzləndirmək adlanan yəni düzləndirmə adlanan bölməsi vasitəsi ilə biz cədvəl daxili elementləri bu və ya digər istiqamətlərə düzləndirə bilərik.İlk növbədə hal-hazırda qəbul olunmuş düzləndirmə variantı bizdə burada Выровнять сверху по левому краю-Sol yuxarı küncə tərəf düzləndirmə variantı seçilir. Biz düzləndirməni digər bir varianta yəni sola və mərkəzə doğru düzləndirməyə doğru dəyişməyə çalışacağıq və yaxud da aşağıya doğru düzləndirmə əməliyyatını seçsək bu şəkildə mümkün olacaq.
Əlbəttə bugün ki, cədvəllərdə ən çox istifadə olunan düzləndirmə variantı Выровнять по центру yəni mərkəzə doğru düzləndirmə sayılır və bu düymənidə sıxmaqla müstəqil olaraq göstərilmiş mətnimizi və yaxud da qeyd olunmuş mətnimizi çox rahatlıqla düzləndirmək olar.
Ümumiyyətlə düzləndirmək üçün burada 9 element təklif olunur. Hərəsi müxtəlif istiqamətlərdə düzləndirməyə imkan verir.
Bütövlükdə cədvəl elementlərinin düzləndirilməsi üçün cədvəl qeyd olunmalı və bundan sonra ki, əməliyyatımız Выровнять по центру yəni mərkəzə doğru düzləndirmə düyməsi sıxılmalıdır. Gördüyümüz kimi biz bir neçə saniyə ərzində daha baxımlı sənəd və eləcədə daha baxımlı cədvəl yarada bildik.
Beləliklə biz Word 2007 cədvəl daxili mətnin düzləndirilməsi mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Microsoft Word 2007 proqramını müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır