Ana səhifə / Word 2007 / Word 2007 sənədin miqyasını dəyişmək

Word 2007 sənədin miqyasını dəyişmək

Paylaşmaq!

Salam əziz dostlar,dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Microsoft Word 2007 proqramına həsr olunmuş növbəti video dərslikdə salamlayıram. Bu gün ki video dərsimizin mövzusu Sənədin miqyası olacaq. Bildiyimiz kimi Microsoft Word 2007 proqramında sənədin miqyasını dəyişmək üçün proqramın sol aşağı küncündə yerləşən miqyas düyməsindən istifadə etməyi təklif edir. Bu istifadəçilər üçün daha rahatdır. Belə ki, Масштаб-Miqyas düyməsini sıxıb saxlamaqla onu sağ tərəf sürüşdürsək o zaman sənədimizin miqyası böyüyəcəkdir.Word 2007 sənədin miqyasını dəyişməkSol tərəf çəkilərsə isə sənədimizin miqyası kiçiləcəkdir.Word 2007 sənədin miqyasını dəyişməkSənədin miqyası ilə işləmək üçün Microsoft Word 2007 proqramı Вид adlanan lent üzərinə bərkidilmiş Масштаб-Miqyas adlanan xüsusi bölmə təklif edir.Word 2007 sənədin miqyasını dəyişməkBu bölmədə toplanan düymələri bir-bir araşdıraq. Масштаб-Miqyas adlanan bölmədə Масштаб-Miqyas düyməsi sıxılarsa, o zaman yeni Масштаб-Miqyas dialoq boksu meydana gəlir. Həmin dialoq boksunda istifadəçi sənədin miqyasını müxtəlif formada dəyişə bilər.Word 2007 sənədin miqyasını dəyişməkMəsələn sənədimizin görünüşü 200% etmək istəyiriksə, o zaman Масштаб-Miqyas dialoq boksunda 200% çekboksu işarələnməli və Ok düyməsi sıxılmalıdır.Word 2007 sənədin miqyasını dəyişmək Miqyas bölməsində olan 100% düyməsi sənədin miqyasını 100% görünməsini təmin edir.Word 2007 sənədin miqyasını dəyişməkMiqyas bölməsində olan digər düymələri də araşdıraq. Одна страница-Bir səhifə düyməsi istifadə olunduqda bütövlükdə sənədimizin bir səhifəsi proqramın ekranında tam görünür.Word 2007 sənədin miqyasını dəyişməkДве страницы-İki səhifə düyməsi vurulduqda sənədin miqyası elə dəyişir ki, sənədimizin iki səhifəsi bütövlükdə proqramın ekranında görünür.Word 2007 sənədin miqyasını dəyişməkПо ширине страницы- Səhifənin eni boyunca düyməsi sıxılarsa, onda sənədimizin görünüşü proqramın ekranı qədər böyüyür.Word 2007 sənədin miqyasını dəyişməkSənədin görünüşünü əvvəlki vəziyyətə qaytarmaq üçün sadəcə 100% düyməsi vurulur.
Beləliklə biz Sənədin miqyası mövzusu ilə tanış olduq.

Word 2007 sənədin miqyasını dəyişmək

Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Microsoft Word 2007 proqramını müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Word 2007 cədvəl daxili mətnin düzləndirilməsi

Word 2007 cədvəl daxili mətnin düzləndirilməsi

İlk növbədə hal-hazırda qəbul olunmuş düzləndirmə variantı bizdə burada Выровнять сверху по левому краю-Sol yuxarı küncə tərəf düzləndirmə variantı seçilir. Biz düzləndirməni digər bir varianta yəni sola və mərkəzə doğru düzləndirməyə doğru dəyişməyə çalışacağıq və yaxud da aşağıya doğru düzləndirmə əməliyyatını seçsək bu şəkildə mümkün olacaq.

Добавить комментарий