Ana səhifə / Word 2007 / Sənədə şərh yerləşdirmək

Sənədə şərh yerləşdirmək

Paylaşmaq!

Sənədə şərh yerləşdirmək bu gün ki video dərsimizin əsas mövzusudur. Microsoft Word 2007 proqramına həsr olunmuş növbəti video dərslikdə sizləri salamlayıram. Bildiyimiz kimi bir çox hallarda biz sənədi müzakirəyə təqdim etməzdən əvvəl daxil etdiyimiz düzəlişləri şərh etmək lazım gəlir. Microsoft Word 2007 proqramı sözə şərh daxil etmək üçün bir sıra üsullar təklif edir. Əvvəlcə onu qeyd edək ki, Microsoft Word proqramının əvvəlki versiyalarında sözə şərh daxil etmək üçün konkret olaraq Вставка-Yerləşdirmək adlanan menyu mövcud idi. Həmin menyuda şərh-примечания adlanan əmrdən istifadə edirdik. Lakin Microsoft Word 2007 proqramında bu funksiya Рецензирование adlanan xüsusi bir lent üzərinə bərkidilmişdir. Bu lentə müraciət etdikdə burada şərhin sənədə yerləşdirilməsi üçün nəzərdə tutulan bölmənin olduğunu görürük.Sənədə şərh yerləşdirməkSözə şərh daxil etmək üçün ya həmin söz qeyd olunmalı və ya kursor həmin sözün əvvəlində yerləşdirilməlidir. Bizim nümunədə Klaviatura sözünü seçəcəyik.Sənədə şərh yerləşdirməkSonra isə Примечания-şərh adlanan bölmədə Создать примечания-şərhin yaradılması düyməsini sıxmalıyıq. Beləliklə ekranın sağ tərəfində şərh daxil etmək istədiyimiz sahə verilir.Sənədə şərh yerləşdirməkMövcud sahəyə şərhimizi daxil edirik. Əməliyyatın təsdiqi üçün siçanın göstəricisini istənilən boş sahədə vururuq. Sənədimizdə mövcud olan digər sözə də eyni qaydada şərh daxil edə bilərik.Sənədə şərh yerləşdirməkİndi isə Примечания-şərh adlanan bölmədə olan digər düymələrin izahı ilə tanış olaq. Belə ki, Предыдущее-Əvvəlki düyməsinin sıxılması zamanı sənədə yerləşdirilmiş əvvəlki şərhlərə keçid təmin olunur.Sənədə şərh yerləşdirməkСледующее-Növbəti düyməsi isə əvvəlki sözə verilmiş şərhə keçidi təmin edir.Sənədə şərh yerləşdirməkƏgər biz sözə yerləşdirilmiş şərhi silmək istəyiriksə, o zaman həmin söz qeyd olunur və Примечания-şərh adlanan bölmədə olan Удалить-Silmək düyməsini vururuq.Sənədə şərh yerləşdirməkGördüyümüz kimi Klaviatura sözünə daxil etdiyimiz şərh müvəffəqiyyətlə silindi.Sənədə şərh yerləşdirməkSənəddəki sözə yerləşdirilmiş şərhi silmək üçün istifadə olunan digər üsul isə məhz şərh daxil edilmiş sahənin üzərində siçanın sağ düyməsini sıxmaqla yaranan konteks menyu vasitəsilə həyata keçirilə bilər.Sənədə şərh yerləşdirməkBelə ki, açılan konteks menyudan удалить примечания-şərhin silinməsi sətri seçilir. Gördüyümüz kimi digər sözə verilmiş şərh silinir.

Sənədə şərh yerləşdirmək

Beləliklə biz Sənədə şərh yerləşdirmək mövzusu ilə tanış olduq.
Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Microsoft Word 2007 proqramını müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Word 2007 cədvəl daxili mətnin düzləndirilməsi

Word 2007 cədvəl daxili mətnin düzləndirilməsi

İlk növbədə hal-hazırda qəbul olunmuş düzləndirmə variantı bizdə burada Выровнять сверху по левому краю-Sol yuxarı küncə tərəf düzləndirmə variantı seçilir. Biz düzləndirməni digər bir varianta yəni sola və mərkəzə doğru düzləndirməyə doğru dəyişməyə çalışacağıq və yaxud da aşağıya doğru düzləndirmə əməliyyatını seçsək bu şəkildə mümkün olacaq.

Добавить комментарий