Salam əziz dostlar,dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Microsoft Word 2007 proqramına həsr olunmuş ilk video dərslikdə salamlayıram. Bu gün ki video dərsimizin mövzusu Microsoft Word 2007 proqramına giriş olacaq. Hər şeydən əvvəl Microsoft Word proqramı sənədlərin, cədvəllərin, müxtəlif bu kimi əməliyyatların tərtib olunması üçün nəzərdə tutulan mətn prosessorudur.
Microsoft Word 2007 proqramına giriş
Proqramın yaratdığı fayla sənəd deyilir. Proqramı ekrana çağırmaq üçün bir neçə üsul mövcuddur. Onları bir-bir sadalayaq. Belə ki, proqramı ekrana çağırmağın birinci üsulu siçanın göstəricisini Başla menyusuna yaxınlaşdırıb üzərində bir dəfə klik edirik. Açılan baş menyudan Все программы-bütün proqramlar sətrini seçilir.Açılan növbəti menyudan Microsoft Office qovluğu müraciət olunaraq Microsoft Office Word 2007 sətri üzərində klik etməyiniz yetərlidir.Əgər siz Office proqramının bir neçə versiyasını kompüterdə işlədirsinizsə, onda sizə lazım olan proqramı ekrana çağırmaq lazımdır. Bizim nümunəmizdə bu Microsoft Office Word 2007 proqramı olacaq. Beləliklə Microsoft Office Word 2007 proqramının pəncərəsi meydana gələcəkdir. Proqramın pəncərəsini bağlamaq üçün başlıq zolağı üzərində olan Закрыть-Close düyməsi vurulmalıdır. İndi isə Microsoft Office Word 2007 proqramını digər ikinci üsulla ekrana çağıraq. Bunun üçün iş masamızda olan simglərin içərisindən Microsoft Office Word 2007 proqramının simgəsini tapmalıyıq.Sonra isə simgənin üzərində siçanın sol düyməsi ilə iki dəfə klik etməliyik. Gördüyümüz kimi Microsoft Office Word 2007 proqramının işçi pəncərəsi ekranda görsəndi. Yuxarıda göstərilən üsul ilə proqramın pəncərəsini bağlayırıq. Proqramı ekrana çağırmaq üçün istifadə olunan üçüncü üsul isə belədir. Bunun üçün iş masamızın boş sahəsində siçanın sağ düyməsi ilə bir dəfə klik edirik.Açılan konteks menyudan əvvəlcə Создать sətrini daha sonra isə növbəti alt menyudan isə Документ Microsoft Office Word sətri üzərində bir dəfə klik edirik. Beləliklə iş masamızda Microsoft Office Word 2007 proqramına aid yeni fayl yaranacaqdır.Mövcud fayl üzərində siçanın göstərici ilə iki dəfə klik etdikdə Microsoft Office Word 2007 proqramının pəncərəsi meydana gələcəkdir. Bildiyimiz kimi Office proqramının əvvəlki versiyalarında olduğu kimi Microsoft Office Word 2007 proqramına müraciət olunan zaman yeni boş vərəq ekranda yaranır.
Beləliklə biz Microsoft Word 2007 proqramında Microsoft Word 2007 proqramına giriş mövzusu ilə tanış olduq.
Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Microsoft Word 2007 proqramını müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır