Ana səhifə / Word 2007 / Word 2007 proqramında cədvəllərin yaradılması

Word 2007 proqramında cədvəllərin yaradılması

Paylaşmaq!

Word 2007 proqramında cədvəllərin yaradılması bu gün ki, video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Microsoft Word 2007 proqramına həsr olunmuş növbəti video dərsliyimdə salamlayıram.
Hər şeydən əvvəl onu qeyd etmək lazımdır ki, Word proqramının digər versiyalarında olduğu kimi Microsoft Word 2007 proqramında cədvəl yaradmaq mümkündür. Bunun üçün bir neçə prosedur ardıcıllığı hökmən yerinə yetirilməliyik. İlk növbədə biz menyunun Вставка lentini seçirik. Bunun üçün mausun sol düyməsini Вставка bəndinə yaxınlaşdıraq sonra üzərində bir dəfə sıxaq.Word 2007 proqramında cədvəllərin yaradılması Açılmış Вставка lenti üzərində biz yerləşdirmək istədiyimiz müxtəlif əmrlər toplusunu görürük.Word 2007 proqramında cədvəllərin yaradılması Əgər bizə cədvəl yerləşdirmək və yaxud da cədvəl yaratmaq lazımdırsa bunun üçün ilk növbədə burada Таблица adlanan xüsusi düyməni görürsünüz və həmin düymə üzərində sadəcə sol düyməni bir dəfə sıxmaqla cədvəllə bağlı bütün əməliyyatlar ardıcıllığına buradan keçid almaq olar.Word 2007 proqramında cədvəllərin yaradılması Əgər biz sənədimizə tez bir zamanda formatlaşdırılmamış cədvəl yerləşdirmək istəyiriksə, bunun üçün aşağıdakı prosedur ardıcıllığı yerinə yetirmək hökmən vacibdir.

Word 2007 proqramında cədvəllərin yaradılması

Əvvəlcə Вставка lenti üzərində olan Таблицa adlanan sətrə və eləcədə onun aşağısında olan tora diqqət edək. Biz mausun göstəricisini həmin tor üzərinə yaxınlaşdırsaq və əvvəlcə sağa sonra isə aşağıya doğru istiqamətlənib çəksəkWord 2007 proqramında cədvəllərin yaradılmasıbu zaman müəyyən cədvəlin yaradılmasının şahidi olmuş olarıq. Hal hazırda bizdə 5 sütundan5 sətirdən ibarət olan formatlaşdırılmamış cədvəlimiz artıq sənədimizə yerləşdirilib.Word 2007 proqramında cədvəllərin yaradılmasıƏməliyyatin təsdiqi üçün sadəcə torun üzərində mausun sol düyməsini bir dəfə sıxmaq yetərlidir. Beləliklə biz Word 2007 proqramında cədvəllərin yaradılması mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Microsoft Word 2007 proqramını müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Word 2007 cədvəl daxili mətnin düzləndirilməsi

Word 2007 cədvəl daxili mətnin düzləndirilməsi

İlk növbədə hal-hazırda qəbul olunmuş düzləndirmə variantı bizdə burada Выровнять сверху по левому краю-Sol yuxarı küncə tərəf düzləndirmə variantı seçilir. Biz düzləndirməni digər bir varianta yəni sola və mərkəzə doğru düzləndirməyə doğru dəyişməyə çalışacağıq və yaxud da aşağıya doğru düzləndirmə əməliyyatını seçsək bu şəkildə mümkün olacaq.

Добавить комментарий