Ana səhifə / Word 2007 / Əməliyyatın təkzibi və təkrar edilməsi

Əməliyyatın təkzibi və təkrar edilməsi

Paylaşmaq!

Salam əziz dostlar,dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Microsoft Word 2007 proqramına həsr olunmuş növbəti video dərslikdə salamlayıram. Bu gün ki video dərsimizin mövzusu Əməliyyatın təkzibi və təkrar edilməsi olacaq.
Bu video dərsliyimiz o istifadəçilər üçün nəzərdə tutulub ki, onlar Microsoft Word 2007 proqramını yeni öyrənməyə başlayıblar. Bu baxımdan əməliyyatın təkzibi və təkrar etmək funksiyalarının iş prinsipini başa düşə bilmirlər. Adi qaydada bu düymələr Microsoft Word 2007 proqramının ani işə salma panelində olmur. Arayış üçün bildirim ki, Microsoft Word 2003 proqramının istifadəçiləri artıq bu düymələrin iş prinsipi ilə tanışdırlar. Ona görə ki bu proqramda əməliyyatın təkzibi və təkrarı düymələri proqramda mövcud olan standart alətlər panelinin mərkəzində yerləşdirilmişdir.

Əməliyyatın təkzibi və təkrar edilməsi

Bu baxımdan hər bir istifadəçi istər-istəməz bu düymələri görüb maraqlana bilirdi. Eləcədə bu düymələr menyunun Правка bəndində də mövcud idi. Görünən odur ki, bu düymələrin adi qaydada Microsoft Word 2007 proqramının hər hansı bir lentinin üzərində verilməməsi yeni başlayan istifadəçilərdə bir qədər çaşqınlıq yaradır. Deməli biz ilk növbədə əməliyyatın təkzibi və təkrarı düymələrini panelə əlavə etməyi öyrənməliyik. Əgər siz Microsoft Word 2007 proqramının interfeysi ilə tanış deyilsinizsə, o zaman qısaca olaraq bildirim ki, proqramın yuxarı sol tərəfində ani işə salma paneli mövcuddur.Əməliyyatın təkzibi və təkrar edilməsiBu panelin sağ küncündə ox işarəsi vardır. Onun üzərində siçan vasitəsilə bir dəfə klik olunduqda bir menyu açılır.Əməliyyatın təkzibi və təkrar edilməsi Menyudan görürük ki, bir sıra sətirlərin qarşısında işarələr mövcuddur. Bu isə həmin düymənin paneldə aktiv olmasını bildirir.Əməliyyatın təkzibi və təkrar edilməsiBeləliklə biz panelimizə ОтменитьВернуть düymələrini əlavə etməliyik.Əməliyyatın təkzibi və təkrar edilməsiBunun üçün sadəcə həmin söz yazılan sətr üzərində siçan vasitəsilə bir dəfə klik olunmalıdır. Artıq həmin düymələr panelə əlavə olundu.Əməliyyatın təkzibi və təkrar edilməsiÜmumiyyətlə mövcud sənədimizdə heç bir redaktə işi aparılmadığında bu düymələr hələ ki passiv görünür. Gəlin hər hansı bir seçilmiş mətn, abzas, cümlə və ya sözü seçək və klaviaturada delete düyməsini sıxmaqla silək.Əməliyyatın təkzibi və təkrar edilməsi Delete düyməsinin sıxılmasında sonra qeyd olunmuş abzas silinir. Bundan sonra avtomatik olaraq ani işə salma panelində ОтменитьВернуть düymələrini aktivləşir.Əməliyyatın təkzibi və təkrar edilməsiƏgər Отменить düyməsi sıxılarsa, o zaman silinmiş abzas geri qaytarır. Вернуть düyməsinin vurulması isə həmin əməliyyatı bizim nümunəmizdə silmə əməliyyatını təkrarlayacaq. Yəni həmin abzas silinəcək. Məlumat üçün bildirim ki, Əməliyyatın təkzibi və təkrar edilməsi funksiyasının klaviatur alternativi də mövcuddur. Klaviaturada Ctrl düyməsi sıxılı vəziyyətdə Z hərfi vurularsa əməliyyat təkzib olunacaq.Əməliyyatın təkzibi və təkrar edilməsiKlaviaturada Ctrl düyməsi sıxılı vəziyyətdə Y hərfi vurularsa o zaman əməliyyat təkrar olunacaq.Əməliyyatın təkzibi və təkrar edilməsi Beləliklə biz Əməliyyatın təkzibi və təkrar edilməsi mövzusu ilə tanış olduq.
Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Microsoft Word 2007 proqramını müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Word 2007 cədvəl daxili mətnin düzləndirilməsi

Word 2007 cədvəl daxili mətnin düzləndirilməsi

İlk növbədə hal-hazırda qəbul olunmuş düzləndirmə variantı bizdə burada Выровнять сверху по левому краю-Sol yuxarı küncə tərəf düzləndirmə variantı seçilir. Biz düzləndirməni digər bir varianta yəni sola və mərkəzə doğru düzləndirməyə doğru dəyişməyə çalışacağıq və yaxud da aşağıya doğru düzləndirmə əməliyyatını seçsək bu şəkildə mümkün olacaq.

Добавить комментарий