Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Word 2007 proqramına həsr olunmuş növbəti video dərsdə sizi salamlayıram. Bugünki dərsimizin mövzusu cədvəl elemetlərinin silinməsi olacaq.
Cədvəl elementlərinin silinməsi
İlk növbədə video dərsdə göstərilən cədvəli word proqramında qurun. Dərs vəsaitini izlədikcə onu tətbiq etməyə çalışın. Sətrin, sütünun, xananın və bütovlükdə cədvəlin silinməsi üçün göstərilən cədvəl elementləri qeyd olunmalı, yaxud siçanın göstəricisi (kursor) silmək istədiyimiz xanada yerləşdirilməlidir. Bizim nümunədə bu Məsləhət sütununun beşinci sətri olacaq və kursoru həmin xanada yerləşdiriləcəyik. Bundan sonra bizə tanış olan maket lenti üzərində siçanın oxunu bir dəfə sixaq. Beləliklə maket lenti görsənəcək. Məlumdur ki, bu lent cədvəl bağlı bir sıra əməliyyatları yerinə yetirmək üçün özündə müxtəlif bölmələri birləşdirir. Həmin bölmələr içərisində sətirlər və sütunlar (строки и столбцы) bölməsi bizim üçün daha maraqlıdır. Bu bölmənin Удалить adlanan düyməsi ilə işləyəcəyik. Daha ətraflı aşağıdakı video dərsdə.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır