Ana səhifə / Word 2003 / Səhifənin sadalanması

Səhifənin sadalanması

Paylaşmaq!

Əziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri. Sizləri Microsoft Office Word 2003 proqramına həsr edilmiş növbəti video dərslikdə salamlayıram. Bugünki video dərsimizin mövzusu Microsoft Office Word 2003 proqramında səhifənin sadalanması olacaq.

Səhifənin sadalanmasıSəhifənin sadalanması

Səhifənin sadalanması üçün Yerləşdirmək-İnsert-Вставка menyusuna daxil olun. Açılmış siyahıdan Номера страниц-Page numbers-Səhifələrin sadalanması əmrini seçin. Açılmış  pəncərə aşağıdakı əməliyyatlar ardıcıllığını istifadəçidən yerinə yetirməyi təklif edir. İlk növbədə yerləşdirəcəyimiz nömrənin vəziyyəti müəyyən olunur. Yəni nömrə səhifənin aşağısında, yoxsa yuxarısında olması üçün hökmən Положение sahəsindən Вверху страницы-Səhifənin yuxarısı və ya Внизу страницы-Səhifənin aşağısı seçilir. Выравнивание-Düzləndirmə adlanan sahədə nömrənin vərəq üzərində düzləndirilməsini həyata keçirir. Qəsdən susaraq qəbul edilmiş variant Справа-Sağ tərəf-dir. Əgər biz nömrələnməni orta hissədən aparmaq istəyiriksə, bu zaman От центра seçilir. Aşağıda Номера на первой странице ona görə işarələnir ki, nömrələnmənin birinci səhifədən başlanılması hiss olunsun.

Biz bu dəfə nömrələnmənin formatını dəyişəcəyik. Bunun üçün Yerləşdirmək-İnsert-Вставка menyusuna daxil olun. Sonra Номера страниц-Page numbers-Səhiflərin sadalanması əmrini seçin. Daha sonra Формат əmrinə daxil olun. Формат номера sahəsində nömrələnmənin formatını məhz bu cür təyin edirik. Əgər Номера на первой странице sahəsindən işarə götürülərsə, nömrələnmə birinci səhifədə aparılmayacaq. Yenidən Yerləşdirmək-İnsert-Вставка menyusuna daxil olun. Sonra Номера страниц-Page numbers-Səhiflərin sadalanması əmrini seçin. Формат əmrinə daxil olub, Формат номера страницы səhifəsində Начат с seçin ki, nömrələnmənin neçənci səhifədən başlanacağını müəyyən edə biləsiniz. Məsələn 3 yazın. Beləliklə nömrələnmə 3-cü səhifədən başlanacaq. İstifadəçi lazım gələrsə, nömrələnməni dəyişə və ya silə də bilər. Səhifənin sadalanmasının silmək üçün nömrə üzərində dayanıb, mausun sol düyməsini iki dəfə sıxırıq. Нижний колонтитул deyilən bir səhifə başlığı aktivləşir. Biz burada nömrəni seçirik və klaviaturada Delete düyməsini sıxırıq. Daha ətraflı aşağıdakı video dərsdə…

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

 

Həmçinin baxın

Word proqramına aid tapşırıq 4

Word proqramına aid tapşırıq 4

Bu video dərsliklərdən böyük əksəriyyəti mətnin formatlanmasına və bunun üçün istifadə olunan format alətlər panelinə və Формат menyusuna həsr olunub. Bu video dərsimizdə biz elan mətinin Word 2003 proqramında yığılması və onun düzgün format olunmasına toxunacağıq.

Добавить комментарий