Ana səhifə / Word 2003 / Hiperəlaqənin sənədə yerləşdirilməsi

Hiperəlaqənin sənədə yerləşdirilməsi

Paylaşmaq!

Əziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri. Sizləri Microsoft Office Word 2003 proqramına həsr edilmiş növbəti video dərslikdə salamlayıram. Bugünki video dərsimizin mövzusu Microsoft Office Word 2003 proqramında mətnə hiperəlaqənin yerləşdirilməsi olacaq.

Hiperəlaqənin sənədə yerləşdirilməsiHiperəlaqənin sənədə yerləşdirilməsi

Hər şeydən əvvəl bilmək lazımdır ki, hiperəlaqə iki cürdür: daxili və xarici hiperəlaqə.

Biz bu dəfə xarici hiperəlaqənin sənədə yerləşdirlməsini öyrənəcəyik. Daha sonra daxili hiperəlaqənin sənədə yerləşdirilməsi ilə tanış olacağıq.

Sənədə hiperəlaqənin yerləşdrilməsi üçün istər menyu komandasından, istərsə də alətlər lövhəsində olan eyni adlı əmrdən istifadə olunur. Standart alətlər lövhəsində Hiperəlaqə-Hyperlink-Гиперссылка: CTRL+K düyməsi var. Həmin əmr cari anda ekranda mövcud deyil. Əgər düymə standart alətlər lövhəsində deyilsə, bu zaman Yerləşdirmək-İnsert-Вставка menyusundan Hiperəlaqə-Hyperlink-Гиперссылка: CTRL+K düyməsi sıxılır. Daha sonra aşağıdakı ardıcıllığın yerinə yetirilməsi təklif edilir.

Адрес-Ünvan-Adress sahəsinə hiperəlaqə yerləşdirdiyimiz mətnin ünvanı qeyd olunmalıdır. Biz bu dəfə internet ünvanlarının birindən istifadə edəcəyik. Məsələn: google.az. Beləliklə bizim vərəqə Google saytının hiperəlaqəsi yerləşdi. Əgər biz kursoru sözün üzərinə yaxınlaşdırsaq, ekrana xüsusi bir şərh pəncərəsi çıxacaq. Həmin pəncərədə CTRL düyməsi sıxılı vəziyyətdə sol düyməni sıxmaqla həmin ünvana keçid alınacaq. Biz bu əməliyyatı yerinə yetiririk. Bu zaman həmin ünvana keçid alınır. Lakin bir şeyi qeyd etmək lazımdır ki, əgər sizin kompüteriniz hal-hazırda internetə qoşulmayıbsa, əmrin icrası birbaşa kompüter tərəfindən dayandırılacaqdır.

Hiperəlaqənin silinməsi üçün sadəcə olaraq, sağ düyməni sıxıb, Удалить гиперссылку düyməsini sıxmaq lazımdır.

Daxili hiperəlaqənin yerləşdirilməsi üçün məsələn Windows sözünü bir faylla bağlayaq. Bunun üçün CTRL düyməsi sıxılı vəziyyətdə K klavişi vurulur. Məsələn Azərbaycan Respublikası və OK. Qarşıya bir mesaj çıxır bu zaman Да vurun. Daha ətraflı aşağıdakı video dərsdə…

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Word proqramına aid tapşırıq 4

Word proqramına aid tapşırıq 4

Bu video dərsliklərdən böyük əksəriyyəti mətnin formatlanmasına və bunun üçün istifadə olunan format alətlər panelinə və Формат menyusuna həsr olunub. Bu video dərsimizdə biz elan mətinin Word 2003 proqramında yığılması və onun düzgün format olunmasına toxunacağıq.

Добавить комментарий