Əziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri. Sizləri Microsoft Office Word 2003 proqramına həsr edilmiş növbəti video dərslikdə salamlayıram. Bugünki video dərsimizin mövzusu Microsoft Office Word 2003 proqramında formatlaşdırmanın əlavə imkanları 1 olacaq.
Formatlaşdırmanın əlavə imkanları 1
Microsoft Office Word 2003 proqramında formatlaşdırmaq üçün format menyusunun əmrlərindən də istifadə olunur. Hər hansısa bir sözü qeyd edək. Format menyusuna daxil olaq. Şrift-Font- Шрифт əmrini seçək. Şrift-Font-Шрифт səhifəsində mətnin şriftini dəyişmək, şrift üzərində görünüş əməliyyatlarını dəyişmək, ölçüsünü dəyişmək, rəngini dəyişmək, altından xətt çəkmək və çəkilən xəttin rəngini dəyişmək kimi əməliyyatları yerinə yetirə bilərik. Bütün əməliyyatların sonunda OK düyməsini vurun. Beləliklə mətnimiz formatlaşdırıldı.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır