Ana səhifə / Word 2003 / Əlfəcənin sənədə yerləşdirilməsi

Əlfəcənin sənədə yerləşdirilməsi

Paylaşmaq!

Əziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri. Sizləri Microsoft Office Word 2003 proqramına həsr edilmiş növbəti video dərslikdə salamlayıram. Bugünki video dərsimizin mövzusu Microsoft Office Word 2003 proqramında əlfəcənin yerləşdirilməsi olacaq. Əlfəcəni mətnə yerləşdirmək üçün Yerləşdirmək-İnsert-Вставка menyusuna daxil olun. Açılmış menyudan Əlfəcə-Bookmark-Заkладка əmrini seçin. Имя заkладка yəni əlfəcənin adı sahəsinə əlfəcənin adını yazırıq. Məsələn: z1 Sonra Добавить düyməsini sıxın. Beləliklə mətnə əlfəcə yerləşdi.

Əlfəcənin sənədə yerləşdirilməsi

Əlfəcənin sənədə yerləşdirilməsi

Əlfəcənin üstün cəhətlərindən biri odur ki, əgər biz mətnin müəyyən  bir hissəsini oxuyub qurtarmışıqsa, həmin hissədə qalmışıqsa, bir neçə gündən sonra qaldığımız yerdən davam etmək istəyiriksə, bu zaman əlfəcə bizim köməyimizə çatacaqdır. Biz əlfəcə daxil edilmiş mətni yaddaşa verib bağlayırıq. Daha sonra həmin sənədi açaq və eyni əlfəcəni ekrana çağıraq. Bunun üçün Yerləşdirmək-İnsert-Вставка menyusuna daxil olun. Açılmış menyudan Əlfəcə-Bookmark-Закладка əmrini seçin. z1 seçib Перейти düyməsini sıxırıq. Gördüyümüz kimi göstərilmiş ünvana avtomatik olaraq əlfəcə keçdi.

Əlfəcənin silinməsi üçün Yerləşdirmək-İnsert-Вставка menyusuna daxil olun. Açılmış menyudan Əlfəcə-Bookmark-Задладка əmrini seçin. Sonra z1 seçib, Удалить düyməsi sıxılır. Əlfəcəni yadda saxlamaq üçün mütləq Сохранить-Save düyməsi sıxılır.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Word proqramına aid tapşırıq 4

Word proqramına aid tapşırıq 4

Bu video dərsliklərdən böyük əksəriyyəti mətnin formatlanmasına və bunun üçün istifadə olunan format alətlər panelinə və Формат menyusuna həsr olunub. Bu video dərsimizdə biz elan mətinin Word 2003 proqramında yığılması və onun düzgün format olunmasına toxunacağıq.

Добавить комментарий