Ana səhifə / Word 2003 / Alətlər panelinin tənzimlənməsi

Alətlər panelinin tənzimlənməsi

Paylaşmaq!

Alətlər panelinin tənzimlənməsi

Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Ekranda lazım olmayan alətlər panelini çıxarmaq mümkündür. Bunun üçün mavi sahədə sağ düyməni sıxaq və lazımsız panellərin üzərində bir dəfə sol düyməni sıxaq. Məsələn: Rəsm alətlər paneli-Рисование. Əgər paneldə istədiyimiz düyməyə rast gəlmiriksə, bu zaman Görünüş-Wiew-Вид menyusuna daxil olub Панели инструментов sətrini daha sonra isə Настройка əmrini seçin. Açılmış Настройка pəncərəsində Commands-Команды səhifəsinə keçin. Commands-Команды səhifəsi iki əsas sahədən ibarətdir: Özündə menyu əmrlərini birləşdirən Categories-Категории sahəsi və özündə həmin menyulardakı əmrləri birləşdirən Commands-Команды adlanan sahə var. Məsələn, Alətlər panelinin tənzimlənməsiYerləşdirmək-İnsert-Вставка menyusunu seçin. Bu zaman Commands-Команды adlanan sahədə Yerləşdirmək-İnsert-Вставка menyusunun əmrləri görünür. Məsələn, burada Hiper əlaqə-Hyperlink-Гиперссылка əmrini seçin və onu standart alətlər lövhəsinə doğru çəkin. Beləliklə həmin əmr ekranda göründü. Panellərin tənzimlənməsi üçün bu pəncərədə xüsusi səhifə-Панели инструментов səhifəsi mövcuddur. Həmin səhifəyə keçid alaq. Bu səhifə vasitəsilə ekrana yeni bir panel əlavə edə və onun üzərində hər hansısa bir əməliyyat apara bilərik. Bu səhifədə müxtəlif panellər mövcuddur. Əgər ekranda bizim istədiyimiz panel yoxdursa, onda siyahıdan həmin paneli seçin. Həmin panelin ekrandan çıxarılması üçün isə həmin panel üzərində sol düyməni bir dəfə sıxın. İstifadəçi zövqünə uyğun bir panel formalaşdıra bilər. Bunun üçün eyni adlı pəncərədən Создать əmri seçilir.

Alətlər panelinin tənzimlənməsiAlətlər panelinin tənzimlənməsi

Açılmış Создание панели инструментов pəncərəsində Панели инструментов sahəsində ilk növbədə istifadəçinin yaratmaq istədiyi panelin adı verilir. Məsələn: “toplu”. Beləliklə ekranda “toplu” adlı yeni panel yarandı. Buraya tez-tez istifadə olunan düymələri əlavə edə bilərik. Bunun üçün Commands-Команды adlanan səhifəyə daxil olaq. Sonra buradan bir neçə düymə əlavə edək. Məsələn: Fayl-File-Файл menyusunun əmrlərindən AçmaqOpenОткрыть, BağlamaqCloseЗакрыть, Yadda saxlamaq-Save-Сохранить və yaxud da Yerləşdirmək-İnsert-Вставка menyusunun əmrlərindən olan Символ, Рисунок, Надпись, Поле və s. Yaratdığımız “toplu” adlı paneli silmək üçün Панели инструментов səhifəsinə keçin və paneli qeyd edin. Daha sonra isə Удалить əmrini seçin. Qarşıya çıxmış mesajda OK seçin. Beləliklə yaratdığımız panel silindi. Şəkil. Параметры adlanan səhifə MS Word 2003 proqramı ilə bağlı digər tənzimləmələri yerinə yetirir. Burada Настраиваемые меню и панели инструментов sahəsi vardır. Aşağıda belə bir əmr mövcuddur: Стандартная панель и панель форматирования в две строки-yəni standart alətlər paneli ilə formatlaşdırma alətlər paneli iki sətrdə görünsün. Əgər buradan işarə götürülərsə, həmin panellər ikisi bir sətrdə görünəcəkdir.

Alətlər panelinin tənzimlənməsiВсегда показывать полные меню adlanan sahədə işarə ona görə qoyulub ki, bütün menyu əmrləri bir arada görünsün. Əgər bu sahədən işarə götürülərsə, bu zaman biz menyunu açarkən onun əmrlərinin hamısı görünməyəcəkdir. Aşağıda bir ox işarəsi mövcud olacaqdır ki, kursorun göstəricisini həmin oxun üzərinə gətirdikdə bütün menyu əmrlərini bir arada görmək mümkün olacaqdır.

Другие sahəsində də müxtəlif dəyişikliklər etmək mümkündür. Крупные знаки sahəsinə işarə qoysaq, onda panellərdə olan bütün düymələr böyüyəcək. Əgər istifadəçi düymələri yaxşı görə bilmirsə bu əmrdən yararlana bilər. Bu əmr aktivləşdirildikdən sonra istifadəçi panelin düymələrindən çox asanlıqla istifadə edə biləcəkdir. Qeyd etmək lazımdır ki, düymələr böyüdükdə, redaktə olunan sahə də bir o qədər kiçiləcəkdir.

Отображать названия шрифтов тем же шрифтом sahəsindən işarə götürülərsə, paneldə istifadə olunan şriftləri eyni adlı şriftlə görməyəcəyik.

Отображать подсказки для кнопок sahəsində işarə götürülərsə kursorun göstəricisini paneldə və ya menyularda olan düymələr üzərinə yaxınlaşdırdıqda onlar haqqında əlavə şərh görünməyəcəkdir. Yəni əgər əvvəl kursorun göstəricisini düymə üzərinə gətirdikdə düymənin adı görünürdüsə, həmin əmr aktiv olmadıqda düymə haqqında məlumat da olmayacaq.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Word proqramına aid tapşırıq 4

Word proqramına aid tapşırıq 4

Bu video dərsliklərdən böyük əksəriyyəti mətnin formatlanmasına və bunun üçün istifadə olunan format alətlər panelinə və Формат menyusuna həsr olunub. Bu video dərsimizdə biz elan mətinin Word 2003 proqramında yığılması və onun düzgün format olunmasına toxunacağıq.

Bir şərh

  1. Mövzu çox xoçuma gəldi.Çox sağ olun.

Добавить комментарий