Salam əziz dostlar,dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Windows XP əməliyyat sisteminə həsr olunmuş video dərslikdə salamlayıram. Bu gün ki video dərsimizin mövzusu Windows Xp-də mövzu yaratmaq olacaq. Əvvəlki video dərslərimizdə biz Свойства экран adlanan proqramın köməyi ilə əməliyyat sisteminin bir sıra parametrlərini dəyişdik. Bütün bu dəyişiklikləri vahid başlıq altında yəni mövzu ( Тема) kimi yadda saxlaya bilərik. Belə ki, gəlin əvvəlcə video dərslikdə göstərildiyi kimi Оформление-Tərtibat adlanan səhifədə bir sıra tənzimləmələri aparaq.Окна и кнопки adlanan menyu vasitəsilə siyahıda təklif olunan tərtibat nümunələrindən birini Media Center style seçək. Цветoвая схема sahəsində rəng sxemi kimi Royale müəyyən olunsun. Sonra isə Размер шрифта-Şriftin ölçüsü sahəsi Large Fonts təyin edək.
Windows Xp-də mövzu yaratmaq
Tərtibatla bağlı bir sıra effektləri tətbiq etmək üçün Оформление-Tərtibat adlanan səhifədə Эффекты-Effektlər düyməsinə klik edək.Açılan növbəti pəncərədə bütün işarələri böyütmək çekoksunu işarələyək və Ok düyməsini sıxaq.Оформление-Tərtibat adlanan səhifədə növbəti düymə Дополнительно-Əlavələr adlanır.Bu düyməyə müraciət zamanı yeni pəncərə açılır.Pəncərədə nəinki iş masasının eləcədə əməliyyat sistemində olan müxtəlif pəncərələrin daxili fonunun rəngini və s bu kimi effektləri tətbiq etməklə bütövlükdə tərtibatı dəyişmək mümkündür. Təsdiq üçün Ok düyməsini vuraq. Daha sonra Заставка-Ekran qoruyucusu (sipər sədd) səhifəsinə daxil olaq. Biz siyahıda təklif olunan variantlardan birini nümunə olaraq seçək.Seçilmiş nümunənun parametrlərini tənzimləmək üçün Параметры-Parametrlər adlanan düyməni vuraq. Video dərsdə göstərildiyi kimi parametrləri dəyişək.Təsdiq üçün Ok düyməsini vuraq. Заставка səhifəsinin aşağısında yerləşən Интервал-İnterval seçənəyindən istifadə etməklə ekran qoruyucusunun başla müddətini 5 dəqiqə müəyyən edək.Sonra isə Свойства экран adlanan pəncərənin növbəti səhifəsi olan Рабочий стол-İş masası səhifəsinə keçid alaq.Burada Обзор düyməsini vuraq. Açılan eyni adlı pəncərədə şəklimizin ünvanı tapılır və Открыть düyməsi sıxılır.Gördüyümüz kimi iş masamızın fonu dəyişildi. Цвет- Rəng adlanan menyudan qara rəng seçilir. İş masası səhifəsində olan növbəti sahə Расположения-Yerləşmələr adlanır.Həmin menyuda təklif olunan variantları seçməklə iş masasının fonunun ekrandakı mövqeyini dəyişmək olar. Aparılan bütün tənzimləmələri vahid başlıq altında yadda saxlamaq üçün Свойства экран pəncərəsinin Темы-Mövzular adlanan səhifəsinə keçid alırıq. Sonra isə Темы-Mövzular səhifəsində olan Сохранить düyməsini sıxırıq.Açılan Сохранить как adlı pəncərədə mövzumuza ad verərək onu Mənim sənədlərim qovluğunda yaddaşa verək.Beləliklə Свойства экран pəncərəsinin Темы-Mövzular adlanan səhifəsində Yeni mövzu adlanan mövzu siyahıya əlavə olunmuşdur. Tətbiq üçün Применить düyməsi sıxılır. Gördüyümüz kimi yaratdığımız yeni mövzu artıq iş masasında görünür.Beləliklə biz Windows XP əməliyyat sistemində Windows Xp-də mövzu yaratmaq mövzusu ilə tanış olduq.
Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Windows XP əməliyyat sistemini müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır