Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Windows XP əməliyyat sisteminə həsr olunmuş video dərslikdə salamlayıram. Bugünkü video dərsimizin mövzusu Ümumi axtarış olacaq. Əvvəlki video dərslərimizdə biz kompüterdə mövcud olan şəkil, musiqi və video (Изображения, музыку или видео ) eləcədə sənədlərin, elektron cədvəllərin, (Документы, текстовые файлы, электронные таблицы и. т. д) faylların axtarışı ilə məşğul olduq. Bildirdik ki, axtarış etmək üçün ilk növbədə Найти (Axtarış-Find) menyusundakı birinci sətir Файлы и Папки seçilməlidir.Bu cür axtarış funksiyasına müraciət üçün klaviaturada CTRL düyməsi sıxılı vəziyyətdə F hərfini vurmaq kifayətdir. Gördüyümüz kimi ekrana Axtarışın nəticələri-Результаты поиска adlanan yeni pəncərə meydana gəlir. Pəncərənin sol tərəfindəki panelə diqqət edək. Burada nə axtarmaq istədiyimiz haqqında sual verilmişdir.Burada axtarış dörd istiqamətdə aparıla bilər.İndi isə bu istiqamətlərdən üçüncüsü haqqında ümumi fayl və qovluqların axtarışı haqqında ətraflı öyrənməyə çalışacağıq. Bunun üçün pəncərədə Файлы и Папки keçid linki üzərində bir dəfə klik edirik.Beləliklə axtarış etmək üçün müxtəlif sahələrdən ibarət olan yeni səhifə meydana gəlir. Bu səhifədə axtarış parametrlərini rahatlıqla tənzimləmək olar.
Windows Xp-də ümumi axtarış
Birinci sahəyə diqqət etsək görərik ki, bu sahə faylın tam adı və ya adının bir hissəsini daxil etməklə axtarışa imkan verir.Odur ki, vaxt itirmədən faylın adını daxil edirik. Bizim nümunədə bu BETM olacaq. Axtarışa başlamaq üçün axtarış ünvanı kimi kompüterin lokal disk C və D ünvanı seçilir və Найти düyməsi sıxılır.Beləliklə adı bizə məlum olan bütün fayllarının axtarışı başlayır. Nəticə şəkildəkikimi görsənir. Axtarış pəncərəsindəki Назад düyməsini sıxmaqla prosesi bir pillə geri qaytarırıq. İndi isə faylın tipi üzrə axtarışı həyata keçirək. Deyək ki, adı ixtiyari olan Word proqramına aid faylı tapmaq lazımdır. Bunun üçün mövcud sahəyə bu dəfə .doc sözünü yazırıq.Bütün bu tənzimləmələrdən sonra Найти düyməsi sıxılaraq axtarış prosesinə start verilir. Axtarışın nəticəsi pəncərənin sag tərəfindəki sahədə verilir.Digər proqramlara məxsus faylın tiplərini daxil etməklə axtarışı bir qədər də genişləndirmək olar.
Deyək ki, adında a hərfi olan istənilən fayl və qovluğun axtarışını aparmaq lazımdır. Bunun üçün tələb olunan sahəyə a hərfi yazılır. Axtarışa başlamaq üçün axtarış ünvanı kimi kompüterin lokal disk C və D ünvanı seçilir və Найти düyməsi sıxılır.Axtarışın nəticəsi pəncərənin sag tərəfindəki sahədə verilir.Ümumiyyətlə faylın adında sual (?) və ulduz (*) işarələrindən istifadə etməklə onları axtarmaq mümkündür.
Yuxarıda göstərdiyim axtarış qaydası faylın adı və ya adının bir hissəsinə adi idi. Lakin bu pəncərədə digər tənzimləmə parametri də vardır ki, fayl daxilində olan söz və ya söz birləşməsinə görə axtarış etməyə imkan verir. Deyək ki, hər hansı bir sənədin daxilindəki mətndə elmi sözü işlədilibsə, onda həmin faylı tapsın. Axtarışa başlamaq üçün axtarış ünvanı kimi kompüterin lokal disk C və D ünvanı seçilir və Найти düyməsi sıxılır. Axtarışın nəticəsi pəncərənin sag tərəfindəki sahədə verilir.Yuxarıda sadaladığım axtarışla yanaşı digər axtarış parametrləri də mövcuddur. Bunlardan sonuncu dəfə faylda edilmiş dəyişikliyə, faylın həcminə və əlavə parametrlər üzrə axtarış aparmaq mümkündür. Beləliklə biz Windows XP əməliyyat sistemində Windows Xp-də ümumi axtarış mövzusu ilə tanış olduq.
Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Windows XP əməliyyat sistemini müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır