Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Windows XP əməliyyat sisteminə həsr olunmuş ilk video dərslikdə salamlayıram. Bugünkü video dərsimizin mövzusu Windows Xp-də standart elementlər olacaq. Məlumdur ki, Windows XP əməliyyat sisteminin iş masasının elementlərinə aşağıdakılar daxildir. My Computer (Мой компьютер), My Documents (Мой документы), My Network Places (Сетевое окружение), Recycle Bin (Корзина) və İnternet Explorer proqramı. Göstərdiyimiz dörd obyekt iş masasının elemenlərinə aiddir. Recycle Bin (Корзина) elementi isə əməliyyat sisteminin öz obyektidir. Gəlin bu obyektlərin təyinatını izah edək. My Documents (Мой документы—Mənim sənədlərim). Bu simgə ilə, adətən, sərt diskdə sənədlərinizi saxladığınız qovluğa keçirilir. My Computer (Мой компьютер—Mənim kompüterim).Bu simgəni çıqqıldatdıqda kompüterinizin tərkibini-qovluqları,sərt və çıxarılabilən diskləri göstərmək olar.
My Network Places (Сетевое окружение—Mənim şəbəkə əhatəm).Bu simgə mümkün olan şəbəkə birləşmələrini,məsələn,lokal şəbəkəni,eləcə də uzaq kompüterləri və İnterneti göstərir. Bu bölmə haqqında sonrakı dərslərdə ətraflı məlumat alacağıq.
Recycle Bin (Корзина). Kompüterdən silinmiş obyektlər məhz bura düşür.
İnternet Explorer proqramı internetə daxil olmaq üçün istifadə olunan səyyahlardan biridir. Bu səyyah Windows XP əməliyyat sistemini kompüterə quraşdırarkən onun üzərində gəlir.
Beləliklə biz Windows XP əməliyyat sisteminin Standart elementlər mövzusu ilə tanış olduq.
Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Windows XP əməliyyat sistemini müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub.
Windows Xp-də standart elementlər
İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır