Salam əziz dostlar,dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Windows XP əməliyyat sisteminə həsr olunmuş video dərslikdə salamlayıram. Bugünkü video dərsimizin mövzusu Səs parametrlərinin tənzimlənməsi olacaq. Bildiyimiz kimi Windows XP əməliyyat sistemində səslə bağlı qurğuların işini tənzimləmək üçün idarəetmə panelində (Панель управления) Звук и аудио устройства—Səs və audioqurğular proqramından istifadə olunur.Bu proqrama müraciət üçün siçanın sol düyməsi iki dəfə vurulur. Beləliklə proqramın işçi pəncərəsi yaranır.Həmin pəncərə Звук и аудиоустройства—Səs və audioqurğuların tərkibi pəncərəsi adlanır. Proqramın pəncərəsi beş səhifədən ibarədir. Proqramın hər bir səhifəsi bu və ya digər şəkildə səslə bağlı parametrləri tənzimləmək üçün nəzərdə tutulmuşdur. Громкость adlanan səhifəyə diqqət edək. Burada ilk növbədə kompüterə quraşdırılan səs kartının adı verilir. Громкость микшера adlanan bölmə vasitəsilə səs ucalığını tənzimləmək olar. Выключить звук çeksboksu işarələnərsə, onda kompüterdəki səs söndürülür.Отображать значок на панели задач çekboksu işarələndikdə bu zaman səs dinamikinin simgəsi iş masasının tapşırıqlar panelində görsənir.Əksinə olduqda isə simgə görsənmir. Настройка динамиков bölməsi ilə səs ucaldıcıları tənzimləmək olar.Belə ki, Громкость динамиков düyməsinin köməyi ilə dinamiklərdəki səslə bağlı tənzimləmə aparmaq olar.Burada səs ucaldıcının sol və sağ dinamikindən çıxan səsi azaldıb və ya əksinə çoxalda bilərik. Bütün dəyişikliklərin sonunda Ok düyməsini vururuq. Дополнительно düyməsini vurduqda səslə bağlı parametrləri tənzimləyir. Belə ki, kompüterə qoşulan səs avadanlığından asılı olaraq siyadan həmin avadanlığı seçmək istifadəçiyə təklif olunur.Əgər biz kompüterimizə qulaqcıq qoşuruqsa, onda Windows XP əməliyyat sistemində məhz bu bölmədə qulaqcıq (Стереонаушники) sətri seçilməlidir. Əməliyyatın təsdiqi üçün Ok düyməsi sıxılmalıdır.Звук и аудиоустройства proqramının Речь adlanan səhifəsinə müraciət edək.Burada səsin yazılması Запись речи adlanan bölmə vardır. Проверка düyməsini sıxdıqda kompüterə qoşulan mikrofonun işlək vəziyyətdə olub olmaması test olunur.
Səs parametrlərinin tənzimlənməsi
Оборудование səhifəsində səslə işləyən avadanlıqların siyahısı verilir.Hər hansı bir avadanlığı seçdikdə onun haqqında qısa məlumat verilir. Əgər avadanlıq normal işləyirsə onda vəziyyət sahəsində Устройство работает нормально sözü yazılır. Əgər avadanlıqla bağlı problem varsa bu zaman Диагностика düyməsini sıxmaqla qarşıya çıxan problemi həll etmək olar. Звук и аудиоустройства proqramının Аудио səhifəsi audio avadanlıqlarının kompüterə qoşulan zaman onların parametrlərini tənzimləmək üçündür.Звук и аудиоустройства proqramının Звуки səhifəsinin köməyi ilə əməliyyat sisteminin səs sxemi ilə bağlı parametrlərini dəyişmək üçün nəzərdə tutulmuşdur.Tövsiyyə olunur ki, bu səhifədə dəyişiklik edən zaman diqqətli olmaq lazımdır.
Beləliklə biz Windows XP əməliyyat sistemində Səs parametrlərinin tənzimlənməsi mövzusu ilə tanış olduq.
Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Windows XP əməliyyat sistemini müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır