Ana səhifə / Windows XP / Windows Xp-də sənədlərin axtarışı

Windows Xp-də sənədlərin axtarışı

Paylaşmaq!

Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Windows XP əməliyyat sisteminə həsr olunmuş video dərslikdə salamlayıram. Bugünkü video dərsimizin mövzusu Windows Xp-də sənədlərin axtarışı olacaq. Əvvəlki video dərsimizdə biz kompüterdə mövcud olan şəkil, musiqi və video (Изображения, музыку или видео ) faylların axtarışı ilə məşğul olduq. Bildirdik ki, axtarış etmək üçün ilk növbədə Найти (Axtarış-Find) menyusundakı birinci sətir Файлы и Папки seçilməlidir.Windows Xp-də sənədlərin axtarışıBu cür axtarış funksiyasına müraciət üçün klaviaturada CTRL düyməsi sıxılı vəziyyətdə F hərfini vurmaq kifayətdir. Gördüyümüz kimi ekrana Axtarışın nəticələri-Результаты поиска adlanan yeni pəncərə meydana gəlir. Pəncərənin sol tərəfindəki panelə diqqət edək. Burada nə axtarmaq istədiyimiz haqqında sual verilmişdir.Burada axtarış dörd istiqamətdə aparıla bilər.Windows Xp-də sənədlərin axtarışıİndi isə bu istiqamətlərdən biri haqqında sənədlərin axtarışı haqqında ətraflı öyrənməyə çalışacağıq.Windows Xp-də sənədlərin axtarışıBunu üçün kompüterimizdə olan sənədlərin, elektron cədvəllərin və digər bu kimi mətn fayllarının axtarışı üçün Axtarışın nəticələri-Результаты поиска adlanan yeni pəncərədə Документы (текстовые файлы, электронные таблицы и. т. д) keçidi üzərində bir dəfə siçan vasitəsilə klik edək. Gördüyümüz kimi növbəti bir səhifə yaranır.

Windows Xp-də sənədlərin axtarışı

Burada hər bir bölmə üzrə ayrılıqda tənzimləmə aparıb axtarış etməyə imkan verən sahələr mövcuddur. Onların işarələnməsi həmin istiqamət üzrə axtarışı təmin edir. Deyək ki, adı bizə məlum olmayan sənəd fayllarını tapmaq lazımdır. Bunun üçün pəncərədə heç bir dəyişiklik aparmadan Найти düyməsi sıxılaraq axtarış prosesinə start verilir.Windows Xp-də sənədlərin axtarışıAxtarışın nəticəsi pəncərənin sag tərəfindəki sahədə verilir.Windows Xp-də sənədlərin axtarışıBeləliklə kompüterimizdə mövcud olan 35 faylımız sənəd faylı kimi uçota alınaraq istifadəçiyə axtarışın nəticəsi kimi təqdim olunur. Axtarış pəncərəsindəki Назад düyməsini iki dəfə sıxmaqla prosesi iki pillə geri qaytarırıq. Lazım gələrsə digər tənzimləmələri aparmaqla axtarış prosesini yenidən təkrarlaya bilərik.
Beləliklə biz Windows XP əməliyyat sistemində Windows Xp-də sənədlərin axtarışı mövzusu ilə tanış olduq.
Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Windows XP əməliyyat sistemini müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Windows Xp-də mövzu yaratmaq

Windows Xp-də mövzu yaratmaq

Beləliklə Свойства экран pəncərəsinin Темы-Mövzular adlanan səhifəsində Yeni mövzu adlanan mövzu siyahıya əlavə olunmuşdur. Tətbiq üçün Применить düyməsi sıxılır. Gördüyümüz kimi yaratdığımız yeni mövzu artıq iş masasında görünür.

Добавить комментарий