Ana səhifə / Windows XP / Müasir başla menyusu

Müasir başla menyusu

Paylaşmaq!

Salam əziz dostlar,dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Windows XP əməliyyat sisteminə həsr olunmuş video dərslikdə salamlayıram. Bugünkü video dərsimizin mövzusu Müasir başla menyusu olacaq. Bu mövzuya həsr olunmuş sayca üçüncü video dərsimizdir. Bu video dərsdə biz müasir başla menyusunun tənzimlənməsi ilə məşğul olacağıq. İlk növbədə Панель задач и меню Пуск adlanan proqram pəncərəsində Mеню Пуск-Başla menyusu sətri seçilməli və Применить düyməsi sıxılmalıdır.Müasir başla menyusuMüasir başla menyusu üzərində tənzimləmə aparmaq üçün Mеню Пуск-Başla menyusu yazılan sətrin qarşısında olan Настроить düyməsini vururuq.Müasir başla menyusuBeləliklə Настройка меню Пуск –Başla menyusunun sazlanması adlanan yeni pəncərə meydana gəlir.Müasir başla menyusuPəncərə iki səhifədən təşkil olunmuşdur. Общий-Ümumi adlanan səhifənin köməyi ilə aşağıdakı parametrləri tənzimləmək olar. Размер значков для программ sahəsində iki seçim imkanı istifadəçiyə təklif olunur. Bunlardan birincisi крупные значки adlanır. Bu çeksboksun seçimi zamanı Başla menyusunda olan proqramların simgələri daha iri görünür.Müasir başla menyusuƏgər başla menyusundakı proqram simgələrinin kiçilməsini istəyiriksə, o zaman Размер значков для программ sahəsində мелкие значки çeksboksu işarələnməlidir.Müasir başla menyusuSonra isə mövcud pəncərədə Ok düyməsi növbəti pəncədə isə Применить düyməsi sıxılmalıdır. Общий-Ümumi adlanan səhifədə növbəti sahə menyuda olan proqramların sayı ilə bağlıdır.

Müasir başla menyusu

Burada qəsdən susaraq qəbul olunan say altını göstərir. Bu siyahı biz işlədikcə durmadan yenilənir. Odur ki siyahıdakı rəqəmləri qaldırmaqla istifadə etdiyimiz sonuncu proqramın simgəsini də bura əlavə etmiş olacağıq.Müasir başla menyusu Nümunə olaraq biz Adobe ReaderWinrar proqramını ekrana çağırdıq. Gördüyümüz kimi axırıncı dəfə müraciət olunan proqramların adları artıq başla menyusunda əks olundu. Mövcud siyahını təmizləmək üçün Очистить список düyməsi sıxılır. Sonra isə mövcud pəncərədə Ok düyməsi növbəti pəncədə isə Применить düyməsini vurduqda Başla menyusundakı siyahını təmizləmiş oluruq.Müasir başla menyusuОбщий-Ümumi adlanan səhifədə növbəti sahə Отображать меню Пуск sahəsidir. Burada İnternetElektron poçt çekboksunda xüsusi işarələr qoyulub. Qarşısında isə həm internetə, həm də elektron poçta aid proqramların adı yer alır.Müasir başla menyusuƏgər biz bu sahələrdən işarəni yığışdırsaq və Ok düyməsi növbəti pəncədə isə Применить düyməsini vurduqda bu zaman Başla menyusunda olan daha iki proqram sətri silinəcək. Müasir başla menyusu Настройка меню Пуск –Başla menyusunun sazlanması adlanan pəncərənin Дополнительно səhifəsinin köməyi ilə menyuda digər tənzimləmələri aparmaq olar.Müasir başla menyusu Beləliklə biz Windows XP əməliyyat sistemində Müasir başla menyusu mövzusu ilə tanış olduq.
Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Windows XP əməliyyat sistemini müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Windows Xp-də mövzu yaratmaq

Windows Xp-də mövzu yaratmaq

Beləliklə Свойства экран pəncərəsinin Темы-Mövzular adlanan səhifəsində Yeni mövzu adlanan mövzu siyahıya əlavə olunmuşdur. Tətbiq üçün Применить düyməsi sıxılır. Gördüyümüz kimi yaratdığımız yeni mövzu artıq iş masasında görünür.

Добавить комментарий