Ana səhifə / Windows XP / Windows Xp-də iş masası və mövzu

Windows Xp-də iş masası və mövzu

Paylaşmaq!

Salam əziz dostlar,dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Windows XP əməliyyat sisteminə həsr olunmuş video dərslikdə salamlayıram. Bugünkü video dərsimizin mövzusu Windows Xp-də iş masası və mövzu olacaq. Bildiyimiz kimi iş masasındakı elementləri tənzimləmək, ekranla bağlı bir sıra əməliyyatları yerinə yetirmək üçün bir sıra üsullardan istifadə olunur. İlk növbədə siçanımızın kursorunu Пуск-Başla menyusu üzərinə yaxınlaşdırıb bir dəfə klik edək. Açılan baş menyudan əvvəlcə Настройка sətrini sonra isə alt menyudan Панель управления-İdarəetmə paneli sətrini seçək.Windows Xp-də iş masası və mövzuGördüyümüz kimi Панель управления-İdarəetmə panelinin əsas pəncərəsi meydana gələcək. Burada əməliyyat sisteminin bir sıra parametrlərini dəyişmək üçün proqramlar mövcuddur. Onların içərisində ekran parametrlərini və iş masasını tənzimləmək üçün Экран-Ekran adlanan proqram mövcuddur.Windows Xp-də iş masası və mövzuBu proqrama daxil olmaq üçün siçanın sol düyməsi simgə üzərində iki dəfə vurulur. Beləliklə Свойства экран adlanan yeni pəncərə meydana gəlir.Windows Xp-də iş masası və mövzuСвойства экран proqramının pəncərəsi beş səhifədən təşkil olunub. Proqramın ilk səhifəsi Темы-Mövzular adlanır. Bu səhifənin köməyi ilə iş masasının mövzusunu dəyişmək olar. Video dərslikdən göründüyü kimi hal-hazırda seçilmiş mövzu klassik görünüşlü mövzudur.Windows Xp-də iş masası və mövzuİstədiyimiz vaxt siyahıda təklif olunan digər mövzulardan birini seçməklə iş masasının mövzusunu dəyişə bilərik. Bunun üçün sətrin qarşısında ox işarəsini vururuq. Açılan menyudan mövzu olaraq Windows XP seçilir.Windows Xp-də iş masası və mövzuƏməliyyatın tətbiqi üçün pəncərədəki Применить düyməsi sıxılır.Windows Xp-də iş masası və mövzuNəticədə iş masamızda olan bütün elementlərin, pəncərə və düymələrin tərtibatı dəyişilir.
Windows XP əməliyyat sistemində iş masası və ekran parametrlərini dəyişmək və nizamlamaq üçün istifadə etdiyimiz növbəti üsul belədir. İş masasının boş yerində siçanın sağ düyməsi vurulur.Windows Xp-də iş masası və mövzuAçılan konteks menyudan Свойства sətri seçilir. Beləliklə Свойства экран adlanan yeni pəncərə meydana gəlir. Biz digər səhifələrin təyinatını öyrəndikdən sonra iş masamızın mövzusunu özümüz dəyişə biləcəyik.

Windows Xp-də iş masası və mövzu

Artıq hazır mövzulardan istifadə etmək məcburiyyətində qalmayacağıq. Lazım gəldikdə yaratdığımız mövzunu kompüterimizdə yadda saxlaya biləcəyik. Свойства экран proqramının ikinci səhifəsi Рабочий стол-İş masası adlanır.Windows Xp-də iş masası və mövzuBurada Фоновый рисунок-Fon təsvirləri adlanan sahədəki şəkillərin köməyi ilə iş masasındakı fonu dəyişmək olar. Bunun üçün siyahıda təklif olunan Autumn təsvirini seçib Применить düyməsini vursaq bu zaman iş masamızın fonu dəyişiləcəkdir.Windows Xp-də iş masası və mövzuƏgər biz iş masamızın fonun konkret bir rənglə əvəzləmək istəyiriksə, o zaman Фоновый рисунок-Fon təsvirləri sahəsində Нет sətri seçilir.Windows Xp-də iş masası və mövzuPəncərənin digər sağ tərəfində isə Цвет- Rəng adlanan menyudan qara rəng seçilərək Применить düyməsi vurulur. Beləliklə iş masamızın fonu dəyişilərək qara rəngə boyanır. Əgər biz iş masamızın fonu dəyişmək üçün digər mənbələrdə yerləşən şəkillərdən istifadə etmək istəyiriksə, onda pəncərədə mövcud olan Обзор düyməsi sıxılır.Windows Xp-də iş masası və mövzuAçılan eyni adlı pəncərədə şəklimizin ünvanı tapılır və Открыть düyməsi sıxılır. Gördüyümüz kimi iş masamızın fonu dəyişildi.Windows Xp-də iş masası və mövzuСвойства экран proqramının ikinci səhifəsi Рабочий стол-İş masası səhifəsində olan növbəti düymə Настройка рабочего стола adlanır.Windows Xp-də iş masası və mövzuBu düymənin köməyi ilə iş masası elementlərini tənzimləmək olar. Həmin düymə üzərində bir dəfə klik edək. Qarşımıza Элементы рабочего стола-İş masasının elementləri adlanan yeni pəncərə meydana gəlir. Pəncərə iki səhifədən təşkil olunmuşdur. Birinci səhifəsi Общие-Ümumi adlanır. Bu səhifənin köməyi ilə iş masasının işarələrini tənzimləmək və s bu kimi əməliyyatları aparmağa imkan verir.Windows Xp-də iş masası və mövzuBurada iş masasında görünən dörd elementin qarşısındakı çeksboksda işarənin qoyulması onu göstərir ki, hal-hazırda həmin işarələr iş masasında aktivdir.Windows Xp-də iş masası və mövzuBunlar iş masasının standart elementləri sayılır. Əgər biz bu işarələrdən istənilən birini iş masasından silmək istəyiriksə, o zaman həmin elementin qarşısındakı çeksboksdan işarəni yığışdırmalıyıq. Əməliyyatın tətbiqi üçün əvvəlcə Ok düyməsini sonra isə Применить düyməsini vurmalıyıq.Windows Xp-də iş masası və mövzuBu zaman iş masasından həmin elementlər itəcək. Yenidən mövcud pəncərəmizə qayıdırıq. Burada Сменить значок düyməsinin köməyi ilə iş masamızda mövcud olan standart elementlərin simglərini digər simgələr ilə əvəz edə bilərik. Bizim nümunəmizdə mənim kompüterim standart elemetinin işarəsini dəyişmək üçün əvvəlcə həmin element seçilir.Windows Xp-də iş masası və mövzuSonra isə Сменить значок düyməsi sıxılır. Qarşıya çıxan Смена значка pəncərəsində həmin simgə üçün müvafiq simgə tapılaraq Ok düyməsini vururuq.Windows Xp-də iş masası və mövzuBeləliklə iş masamızda olan mənim kompüterimin simgəsi dəyişildi. Əməliyyatın geri qaytarılması eyni ardıcıllıqla təkrarlanır.
Свойства экран proqramının ikinci səhifəsi Рабочий стол-İş masası səhifəsində olan növbəti sahə iş masasının təmizlənməsi ilə bağlıdır. Belə ki, burada xüsusi bir sətr Выполнять очиску рабочего стола каждый 60 дней sətri işarələnmişdir. Bu o deməkdir ki, iş masasında olan istənilən proqramın simgəsinə 60 gün ərzində müraciət olunma o zaman əməliyyat sistemi həmin proqramın simgəsini iş masasından çıxardaraq istifadə olunmayan simgələr qovluğuna yerləşdirəcəkdir.Windows Xp-də iş masası və mövzuРабочий стол-İş masası səhifəsində olan növbəti sahə Расположения-Yerləşmələr adlanır. Həmin menyuda təklif olunan variantları seçməklə iş masasının fonunun ekrandakı mövqeyini dəyişmək olar.

Windows Xp-də iş masası və mövzu Beləliklə biz Windows XP əməliyyat sistemində Windows Xp-də iş masası və mövzu  ilə tanış olduq.
Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Windows XP əməliyyat sistemini müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Windows Xp-də mövzu yaratmaq

Windows Xp-də mövzu yaratmaq

Beləliklə Свойства экран pəncərəsinin Темы-Mövzular adlanan səhifəsində Yeni mövzu adlanan mövzu siyahıya əlavə olunmuşdur. Tətbiq üçün Применить düyməsi sıxılır. Gördüyümüz kimi yaratdığımız yeni mövzu artıq iş masasında görünür.

Добавить комментарий