Salam əziz dostlar,dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Windows XP əməliyyat sisteminə həsr olunmuş video dərslikdə salamlayıram. Bugünkü video dərsimizin mövzusu Faylların silinməsi və birdəfəlik pozulması olacaq. Ümumiyyətlə faylı silmək üçün bir neçə metod mövcuddur. Faylı həm klaviaturanın köməyi ilə həm də kontekst menyu köməyi ilə silmək mümkündür. Faylı hər iki üsulla silək. Faylı silmək üçün obyekt üzərində sağ düymə sıxıldı.Daha doğrusu bizim seçdiyimiz obyekt qovluqdu. Bu əməliyyatı həm faylа həm də qovluğa tətbiq etmək olar. Konteks menyudan biz Удалить seçdik və qarşıya çıxan mesajı təsdiqləmək üçün Да düyməsini sıxdıq.Beləliklə qovluğumuz silindi. Корзина adlanan səbətə göndərildi. Digər üsulla faylı silək.Faylı silmək üçün obyekt qeyd olundu.Klaviaturada Delete düyməsi sıxıldı və təsdiqləmək üçün Да düyməsini yəni Hə düyməsi sıxıldı.Beləliklə bizim sildiyimiz obyekt Корзина adlanan səbətə göndərildi. Digər bir faylımızı misal üçün yaratdığımız digər bir faylı birdəfəlik kompüterdən uzaqlaşdıraq.Birdəfəlik uzaqlaşdırmaq üçün klaviaturada Shift düyməsi sıxılı vəziyyətdə Delete düyməsi vuruldu və beləliklə göstərilən əmr təsdiq olundu və gördüyümüz fayl kompüterdən birdəfəlik silindi. Beləliklə biz Windows XP əməliyyat sisteminin Faylların silinməsi və birdəfəlik pozulması mövzusu ilə tanış olduq.
Faylların silinməsi və birdəfəlik pozulması
Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Windows XP əməliyyat sistemini müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır