Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Windows XP əməliyyat sisteminə həsr olunmuş video dərslikdə salamlayıram. Bugünkü video dərsimizin mövzusu Faylların bərpası və səbətin boşaldılması olacaq. Nə vaxtsa kompüterdən uzaqlaşdırdığımız faylı bərpa etmək məcburiyyətində qalırıq. Əlbəttə əgər sildiyimiz fayl Корзина adlanan obyektə düşürsə bu zaman onu bərpa etmək çox asanddır. Bunun üçün Корзина adlanan obyekt açılır. Obyektə müraciət üçün bir neçə üsulun olduğunu bilirik. Deyək ki, Корзина obyekti üzərində siçanın sol düyməsini iki dəfə sıxırıq və beləliklə bizim zibil qutumuzun pəncərəsi artıq ekranda göründü.Pəncərənin ölçülərini kiçildirik. Kompüterimizdən uzaqlaşdırdığımız Hesabat adlanan qovluğu bərpa etmək üçün üzərində siçanın sağ düyməsi bir dəfə vurulur.Açılan konteks menyudan Восстановить sətri seçilir. Digər faylımıza da eyni üsulla bərpa edək.Unutmayaq ki,silinmiş obyektlər haradan silinirsə oraya qayıdır.Bizim nümunəmizdə fayl və qovluğumuz iş masasından silindiyi üçün elə həmin ünvana da bərpa olunur. Ümumilikdə zibil qutusunun yəni səbətin boşaldılması üçün Корзина obyekti üzərində siçanın sağ düyməsi sıxılır. Очистить корзину sətri seçilir.Beləliklə qarşıya çıxan mesajda Да (Bəli) düyməsi sıxılır və gördüyümüz kimi zibil qutumuz təmizləndi.
Faylların bərpası və səbətin boşaldılması
Beləliklə biz Windows XP əməliyyat sisteminin Faylların bərpası və səbətin boşaldılması mövzusu ilə tanış olduq.
Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Windows XP əməliyyat sistemini müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır