Ana səhifə / Windows XP / Enerjinin idarə olunması

Enerjinin idarə olunması

Paylaşmaq!

Salam əziz dostlar,dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Windows XP əməliyyat sisteminə həsr olunmuş video dərslikdə salamlayıram. Bugünkü video dərsimizin mövzusu Enerjinin idarə olunması olacaq. Bildiyimiz kimi Windows XP əməliyyat sistemində enerjinin idarə olunması üçün idarəetmə panelində (Панель управления) Электропитания adlanan proqram mövcuddur.Enerjinin idarə olunmasıBu proqrama müraciət üçün siçanın sol düyməsi iki dəfə vurulur. Beləliklə proqramın işçi pəncərəsi yaranır.Enerjinin idarə olunmasıЭлектропитания proqramının pəncərəsi dörd səhifədən təşkil olunub. Birinci səhifəsi Схемы управления питанием-enerjinin idarə olunması sxemi adlanan səhifə vasitəsilə enerjinin bu və digər şəkildə idarə olunması sxemini istifadəçiyə təklif edir. Hal-hazırda əməliyyat sistemində qəsdən susaraq qəbul olunan sxemin adı Home/Office Desk-dir. Bu sxeminin təklif etdiyi enerji tənzimlənməsi belədir.Enerjinin idarə olunmasıƏgər kompüterimizdə 20 dəqiqədə ərzində heç bir əməliyyat görülməyəcəksə, onda monitora verilən enerji müvəqqəti kəsiləcək.

Enerjinin idarə olunması

Digər nizamlama kimi kompüterə quraşdırılan disklərə gələn enerjidir ki, bizim nümunəmizdə Никогда göstərilib. Həmin seçimi dəyişərək 25 dəqiqə müəyyən edirik.Enerjinin idarə olunmasıОтключение дисков sahəsində через 25 мин seçimi onu göstərir ki, 25 dəqiqə ərzində kompüterdə heç bir əməliyyat yerinə yetirilməsə bu zaman disklərə gələn enerji kəsiləcək. Başqa bir tənzimləmə gözləmə rejimi ilə bağlıdır. Bizim nümunəmizdə Никогда göstərilib.Enerjinin idarə olunmasıƏgər biz bu seçimi dəyişərək Ждуший режим через 10 мин yazsaq, onda kompüterdə heç bir əməliyyat yerinə yetirilməsə bu zaman 10 dəqiqədən sonra kompüter gözləmə rejiminə keçəcək. Bu cür tənzimləmələr apardıqdan sonra enerjinin idarə olunması sxemini yeni adla yadda saxlaya bilərik. Bunun üçün pəncərədə mövcud olan Сохранить как düyməsi sıxılır və sxemə yeni ad verilir.Enerjinin idarə olunmasıAdın təsdiqi üçün Ok düyməsi sıxılır. Gördüyümüz kimi enerjinin idarə olunması sxeminə yeni bir sxem nümunəsi əlavə olundu. Əlbəttə verilmiş siyahıdan digər tənzimləmə sxemlərini də seçmək olar.Enerjinin idarə olunmasıBütün əməliyyatların sonunda Ok düyməsini sıxmağı unutmayın.
Beləliklə biz Windows XP əməliyyat sistemində Enerjinin idarə olunması mövzusu ilə tanış olduq.
Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Windows XP əməliyyat sistemini müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Windows Xp-də mövzu yaratmaq

Windows Xp-də mövzu yaratmaq

Beləliklə Свойства экран pəncərəsinin Темы-Mövzular adlanan səhifəsində Yeni mövzu adlanan mövzu siyahıya əlavə olunmuşdur. Tətbiq üçün Применить düyməsi sıxılır. Gördüyümüz kimi yaratdığımız yeni mövzu artıq iş masasında görünür.

Добавить комментарий