Ana səhifə / Windows XP / Windows Xp-də ekran qoruyucusu

Windows Xp-də ekran qoruyucusu

Paylaşmaq!

Salam əziz dostlar,dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Windows XP əməliyyat sisteminə həsr olunmuş video dərslikdə salamlayıram. Bugünkü video dərsimizin mövzusu Windows Xp-də ekran qoruyucusu olacaq. Əvvəlki video dərsimizdə biz iki mövzu üzrə funksiyaları öyrəndik. İş masasının mövzusu və fonunu dəyişdik. Həmçinin iş masasının elementləri üzərində əməliyyatlar apardıq. Bildiyimiz kimi ekran parametrləri ilə bağlı əməliyyatları yerinə yetirmək üçün Панель управления-İdarəetmə panelində olan Экран-Ekran adlanan proqramdan istifadə olunur. Həmin proqramı alternativ üsulla ekrana çağırmaq üçün iş masasının boş yerində siçanın sağ düyməsi vurulur.Windows Xp-də ekran qoruyucusuAçılan konteks menyudan Свойства sətri seçilir. Beləliklə Свойства экран adlanan yeni pəncərə meydana gəlir. Bu pəncərə beş səhifədən təşkil olunmuşdur.Windows Xp-də ekran qoruyucusuBu video dərsimizdə biz Заставка-Ekran qoruyucusu (sipər sədd) səhifəsi ilə tanış olacağıq. Səhifənin aşağısında eyni adlı Заставка bölməsi mövcuddur. Bu bölmədə ekran qoruyucusu kimi təyin edəcəyimiz nümunəni ilk növbədə təklif olunan siyahıdan seçmək lazımdır.Windows Xp-də ekran qoruyucusuƏməliyyat sisteminin növlərindən asılı olaraq bu nümunələrin sayı dəyişilə bilər. Biz siyahıda təklif olunan variantlardan birini Обьемный текст nümunəsini seçək. Sonra isə onun parametrlərini dəyişməklə tətbiq edək. Обьемный текст nümunəsinin seçimi zamanı sipər-sədd kimi ya mətn ya da ki, saat əks olunur. Hər bir seçilmiş nümunənin qarşısında Параметры-Parametrlər adlanan düymə mövcuddur.Windows Xp-də ekran qoruyucusuBu düymə sıxıldıqda seçilmiş nümunənin parametrlərini dəyişmək üçün yeni pəncərə meydana gəlir. Hal-hazırda bizdə Обьемный текст nümunəsi seçildiyi üçün Параметры заставки Обьемный текст adlanan yeni pəncərə yaranıb.Windows Xp-də ekran qoruyucusu Mövcud şəklimizdə və video dərslikdə göstərilən qaydada parametrləri dəyişməklə bütövlükdə Обьемный текст nümunəsinin görünüşünü dəyişmiş olacağıq. Bu barədə ətraflı video dərsliyimizdə danışılır. Hər bir bölmənin bu və ya digər şəkildə tənzimlənməsi göstərilir.

Windows Xp-də ekran qoruyucusu

Bütövlükdə parametrlərin təsdiqi üçün mövcud pəncərədə Ok düyməsi sıxılır. Ekran qoruyucusunun işləməsinə baxmaq üçün Просмотр düyməsi sıxılır.Windows Xp-də ekran qoruyucusuEkran qoruyucusundan çıxış üçün klaviaturada CTRL düyməsinin vurulması kifayətdir. Ekran qoruyucusunun intervalını dəyişmək üçün Заставка səhifəsinin aşağısında yerləşən Интервал-İnterval seçənəyindən istifadə etmək olar.Windows Xp-də ekran qoruyucusuMəsələn biz intervalı 10 dəqiqə müəyyən etdikdə o zaman göstərilən müddət ərzində kompüterimizdə heç bir əməliyyat aparılmasa seçdiyimiz ekran qoruyucusu işə düşəcək. Зашита паролем-Şifrə ilə qorunma çeksboksunda işarənin qoyulması onu göstərir ki, ekran qoruyucusundan çıxan zaman biz bir başa iş masasına daxil ola bilməyəcəyik.Windows Xp-də ekran qoruyucusuƏvəzində istifadəçiyə giriş üçün nəzərdə tutulan şifrə bizdən tələb olunacaq. Enerjinin idarə olunması ilə bağlı burada Энергосбережение bölməsi vardır ki, bu barədə Enerjinin idarə olunması video dərsliyində ətraflı məlumat vermişik.Windows Xp-də ekran qoruyucusuBeləliklə biz Windows XP əməliyyat sistemində Windows Xp-də ekran qoruyucusu mövzusu ilə tanış olduq.
Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Windows XP əməliyyat sistemini müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Windows Xp-də mövzu yaratmaq

Windows Xp-də mövzu yaratmaq

Beləliklə Свойства экран pəncərəsinin Темы-Mövzular adlanan səhifəsində Yeni mövzu adlanan mövzu siyahıya əlavə olunmuşdur. Tətbiq üçün Применить düyməsi sıxılır. Gördüyümüz kimi yaratdığımız yeni mövzu artıq iş masasında görünür.

Добавить комментарий