Ana səhifə / Windows XP / Windows Xp-də ekran parametri

Windows Xp-də ekran parametri

Paylaşmaq!

Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Windows XP əməliyyat sisteminə həsr olunmuş video dərslikdə salamlayıram. Bugünkü video dərsimizin mövzusu Windows Xp-də ekran parametri olacaq. Əvvəlki video dərslərimizdə biz Свойства экран adlanan proqramın köməyi ilə əməliyyat sisteminin bir sıra parametrlərini dəyişdik.

Windows Xp-də ekran parametri

Həmçinin digər dərslərin birində bildirdik ki, Свойства экран adlanan proqramın pəncərəsi beş səhifədən təşkil olunub. İndi isə bu səhifələrin biri Параметры-Parametrlər adlanan səhifə ilə tanış olacağıq.Windows Xp-də ekran parametriBu səhifəyə müraciət üçün siçanın göstəricisi ilə bir dəfə klik olunması lazımdır. Bu səhifənin Дисплей-Display sahəsində yazılan verilənlər onu göstərir ki, monitorumuz əməliyyat sistemi tərəfindən Plug and Play funksiyasına görə avtomatik tanınıb.Windows Xp-də ekran parametriEləcədə cari kompüterin video adapterinin adı da məhz burada verilir. Ekranın çözümlülüyüРазрешение экрана bölməsi ilə tənzimləmək olar.Windows Xp-də ekran parametriHal-hazırda bizim nümunəmizdə ekranın çözümlülüyü 1024×768 piksel göstərilib. Bu 17 düymlük monitorlar üçün nəzərdə tutulan ölçüdür. Monitorun çözümlülüyü nə qədər yüksək olarsa,görüntünün keyfiyyəti bir o qədər yaxşı olar. Növbəti tənzimləmə monitorun dəstəklədiyi rənglərin miqdarı ilə bağlıdır.Windows Xp-də ekran parametriBizim nümunəmizdə bu 32 bit seçilmişdir. Rəng ötürmənin keyfiyyəti bölümündə rəngin sayını 16 bitə qədər azaltmaq olar. Параметры səhifəsində mövcud olan düymələrdən biri də ДополнительноƏlavələr düyməsidir. Bu düymənin köməyi ilə cari anda aktiv olan video adapterin tənzimlənməsi və ekran parametrlərinin dəyişdirilməsi üçün əlavə imkanlar təklif olunur.Windows Xp-də ekran parametriBelə ki, pəncərənin Адаптер səhifəsinə keçid aldıqda video adapterimizin istehsalçısının adını, onun həcmini və başqa parametrləri haqqında informasiyanı buradan almaq olar.
Beləliklə biz Windows XP əməliyyat sistemində Windows Xp-də ekran parametri mövzusu ilə tanış olduq.
Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Windows XP əməliyyat sistemini müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Windows Xp-də mövzu yaratmaq

Windows Xp-də mövzu yaratmaq

Beləliklə Свойства экран pəncərəsinin Темы-Mövzular adlanan səhifəsində Yeni mövzu adlanan mövzu siyahıya əlavə olunmuşdur. Tətbiq üçün Применить düyməsi sıxılır. Gördüyümüz kimi yaratdığımız yeni mövzu artıq iş masasında görünür.

Добавить комментарий