Ana səhifə / Windows 7 / Windows 7-də obyektin daşınması

Windows 7-də obyektin daşınması

Paylaşmaq!

Əziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri. Xoş gördük sizləri. Bugünkü video dərsimizin mövzusu Windows 7 obyektin daşınması olacaq. Bildiyimiz kimi Windows Xp əməliyyat sistemində olduğu kimi Windows 7 əməliyyat sistemində də obyektin daşınması üçün bir sıra üsullardan istifadə olunur. Bunları bir-bir araşdıraq.

Windows 7-də obyektin daşınmasıWindows 7-də obyektin daşınması

Obyekti siçan vasitəsilə daşımaq üçün aşağıdakılar yerinə yetirilir. Bunun üçün obyekt siçanın göstəricisi ilə qeyd olunur. Sonra buraxılmadan lazım olan ünvana daşınır. Obyekti daşımaq üçün istifadə olunan digər üsul onun üzərində siçanın sağ düyməsi sıxılır. Açılan konteks menyudan Вырезать sətri seçilir. Sonra daşınacaq yer müəyyən olunaraq konteks menyudan Вставить sətri vurulur. Obyekti daşımaq üçün nəzərdə tutulan üsullardan biri də klaviatura vasitəsilədir. Bunun üçün obyekt qeyd olunur. Klaviaturada Ctrl düyməsi sıxılı vəziyyətdə X hərfi vurulur.
Obyektin daşınmasının digər üsulu pəncərədə olan düymə vasitəsilə həyata keçirilir. Windows 7 əməliyyat sisteminin üstün cəhətlərindən biri də ФайлПравка menyusunda olan əmrlərin konkret bir menyunun daxilində olmasıdır. Video dərsdən göründüyü kimi Təlimat qovluğu daxilindəki istənilən fayl qeyd edirik. Pəncərənin yuxarı hissəsində Упорядочить sətri üzərində siçanın sol düyməsi bir dəfə vurulur. Açılan menyudan Вырезать sətri seçilir. Gördüyümüz kimi obyekti rəngi kəsimdən sonra boz rəngə boyanır. Həmin qovluğun pəncərəsini bağlayaraq digər qovluğun pəncərəsi açılır. Yenidən Упорядочить sətri üzərində siçanın sol düyməsi bir dəfə vurulur. Açılan menyudan Вставить sətri seçilir. Beləliklə kəsilmiş faylmış konkret qovluğa daşındı. Göstərilmiş üsulların hamısı bu gün praktik olaraq tətbiq olunur.

Müəllif: Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Paint qrafik redaktorunda rəsmin çap edilməsi

Paint qrafik redaktorunda rəsmin çap edilməsi

Paint qrafik redaktorunda rəsmin çap edilməsi elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, …

Добавить комментарий