Ana səhifə / Windows 7 / Windows 7-də faylın tərkibinə baxış

Windows 7-də faylın tərkibinə baxış

Paylaşmaq!

Əziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri. Xoş gördük sizləri. Bugünkü video dərsimizin mövzusu Windows 7 faylın tərkibinə baxış olacaq. Məlumdur ki, Windows 7 faylın tərkibinə baxış üçün faylın üzərində siçanın sağ düyməsi vurulur. Açılan konteks menyudan Свойства sətri seçilir.

Windows 7-də faylın tərkibinə baxışWindows 7-də faylın tərkibinə baxış

Beləliklə Windows 7-də faylın tərkibinə baxış üçün Свойства adlanan pəncərə açılır. Bu pəncərə bir neçə səhifədən təşkil olunub. Общие adlanan ümumi səhifədə faylın bir sıra parametrləri barədə ətraflı məlumat verilir. Bu məlumatları bir-bir araşdıraq. Faylın simgəsi və ya etiketi qarşısında yazılan söz və ya söz birləşməsi məhz fayla verilmiş adı göstərir. Тип файла adlanan sahədə isə faylın hansı proqrama məxsus olduğu tipi barədə məlumat yazılır. Windows Xp əməliyyat sistemində əgər tip anlayışı konkret proqramın adı ilə yazılırdısa, Windows 7 əməliyyat sistemində isə proqramın adı ilə yanışı faylın tipidə mötərizədə verilir. Приложения sətrində isə cari faylı oxudan proqramın adı yazılır. Əgər faylı oxudan proqramı dəyişmək istəsək, onda Изменить düyməsini sıxmaq lazımdır. Расположение sətri carı faylın yerləşdiyi ünvanı göstərir. Размер-Ölçü adlanan sahədə faylın həm baytla, həm də kilobaytla ölçüsü yazılır. На диске sahəsində isə fayl üçün diskdə tutduğu yerin həm baytla, həm də ki, kilobaytla həcmi verilir. Создан sahəsində faylın yaradıldığı tarix və vaxtı verilir. Изменен sahəsində isə faylda edilmiş dəyişiklərin tarix və vaxtı verilir. Открыт sahəsində isə fayla edilmiş müraciətin tarix və vaxtı göstərilir.
Bildiyimiz kimi faylın bir sıra atributları vardır. Onlardan iki bu pəncərədə əks olunub. Только чтение atributu seçilərsə bu zaman fayla yalnız oxuna bilən atribut təyin olunur. Скрытый atributunun seçilməsi zamanı isə fayl gizlədilir. Bütün dəyişikliklərin sonunda Ok düyməsi sıxılır.

Müəllif: Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Proqramların simgələri açılmır.Üsul 2

Proqramların simgələri açılmır.Üsul 2

Bugünkü, video dərsimizin mövzusu Proqramların simgələri açılmır.Üsul 2 olacaq. Əvvəlki video dərsimizdə biz susmaya görə proqramın parametrlərinin dəyişdirilməsi üsullarını öyrəndik.

Добавить комментарий