Salam əziz dostlar,dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Windows 7 əməliyyat sisteminə həsr olunmuş növbəti video dərsliyimdə sizləri salamlayıram. Bugünkü, video dərsimizin mövzusu Proqramların simgələri açılmır.Üsul 2 olacaq. Əvvəlki video dərsimizdə biz susmaya görə proqramın parametrlərinin dəyişdirilməsi üsullarını öyrəndik. Sonda onu qeyd etdim ki, bəzən belə əməliyyatlar uğurla nəticələnmir. Nəticədə bütün faylların simgələri eyni proqramla açılmağa başlayır. Simgələr dəyişilib nə edim (Üsul 1) video dərsliyimizdə isə bu problemin həlli üçün biz reyestrə əl üsulu ilə müdaxilə etdik.Əgər o üsul da sizin köməyinizə gəlmədisə, onda bu problemin həlli üçün sizə iki fayl təklif olunacaq.Siz düşdüyünüz vəziyyətdən çıxa biləcəksiniz. Əgər siz Windows 7 əməliyyat sisteminin istifadə edirsinizsə, onda reyestrə müdaxilə etməkdən ötrü lnk_file_association_fix_win7 faylı üzərində iki dəfə klik olunacaq.Qarşıya çıxan pəncərədə əməliyyatın təsdiqi üçün Да düyməsi sıxılacaq. Bu proses avtomatik olaraq həyata keçiriləcək. Əgər siz Windows Xp əməliyyat sisteminin istifadə edirsinizsə, onda reyestrə müdaxilə etməkdən ötrü lnk_file_association_fix_xp faylı üzərində iki dəfə klik olunacaq.Qarşıya çıxan pəncərədə əməliyyatın təsdiqi üçün Да düyməsi sıxılacaq. Bu proses avtomatik olaraq həyata keçiriləcək. Windows Xp əməliyyat sisteminə aid olan faylı Windows 7 əməliyyat sisteminin istifadəçiləri vurmasınlar. Çünki bunun heç bir faydası olmayacaq. Reyestrə müdaxilə edildikdən sonra kompüterinizə yenidən başlat əmri verilməlidir. Ümid edirəm ki, bu mövzuya dair qələmə aldığım hər üç video dərslik və məqaləm sizin düşdüyünüz vəziyyətə kömək edəcək.
Proqramların simgələri açılmır.Üsul 2
Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Windows 7 proqramını müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır