Ana səhifə / Windows 7 / İş masasının elementləri

İş masasının elementləri

Paylaşmaq!

Əziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri. Xoş gördük sizləri. Bugünkü, video dərsimizin mövzusu İş masasının elementləri olacaq.

İş masasının elementləriİş masasının elementləri

Məlumdur ki, Windows başladılandan sonra iş masası yəni, desktop (рабочий стол) adlandırılan xüsusi bir görüntü ekranda gəlir. İş masası Windows-un əsas pəncərəsidir. Hər bir işçinin iş masasında ona gərəkli olan əşyalar olur. Windows-un iş masası istifadəçinin kompüterdə işləməsi nəzərdə tutduğundan orada bu iş üçün lazım olan obyektlər yerləşdirilib. Belə ki, Windows 7-də iş masasının elementlərinə aşağıdakılar aiddir. User files, Компьютер, Сеть, Корзина və Панель управления. User file— istifadəçinin fayllarına, yəni onun yaratdığı və ya buraya köçürdüyü fayllara, videolara, musiqilərə, sənədlərə və digər bu tipli fayllara giriş üçün nəzərdə tutulub. Eləcə də burada əməliyyat sisteminin öz yaratdığı və konkret təyinata malik fayllar və qovluqlar da yerləşdirilib. Pəncərəni bağlamaq üçün sadəcə закрыть düyməsi sıxılır. Kompüterin də təyinatı  dəyişilməmişdir. Belə ki, kompüter piktoqramı yaddaş mənbələrinə, sərt diskə, eləcə də müxtəlif tip daşıyıcılara keçid üçün nəzərdə tutulub. Burada yaddaş mənbəsi kimi lokal disk, C və D göstərilib. Yəni bunlar kompüterin daimi yaddaş mənbələridir. Digər qurğular isə DVD -RW və hər hansısa daşıyıcılar ola bilər. Pəncərəni bağlamaq üçün «X» düyməsi sıxılır. Сеть adlanan xüsusi element, xüsusi interfeysə malikdir. Məhz şəbəkə ilə bağlı olan müxtəlif tipli məsələləri yəni lokal və qlobal şəbəkəninin tənzimlənməsi üçün nəzərdə tutulmuş bütün proqramlar burada yerləşir. Bağlamaq üçün «X» düyməsini sıxın. Корзина-nın təyinatı WindowsXP-də kimidir. Yəni müxtəlif tip faylların kompüterdən uzaqlaşdırıldığı yer kimi nəzərdə tutulur. Панель управления idarə etmə panelinin elementlərinə daxil olmaq üçün xüsusi yerdir. Daxil olmaq üçün qeyd olunur və Enter düyməsi sıxıldıqda, idarə etmə panelinin müxtəlif elemetlərini iş masasında görürük. Əlbəttə, Windows 7-nin standart elementləri WindowsXP-nin standart elementlərindən fərqlənir. Belə ki, əgər standart element Windows XP-də My documents sayılırdısa, burada User files-dir. Yaxud da sizin kompüterininizə yüklənən əməliyyat sistemində kompüterin adıdır. İkinci element əgər Windows XP-də My computer sayılırdısa, burada sadəcə Компьютер-dir. Üçüncü element Windows XP-də cетевой окружения sayılırdısa, buarda sadəcə Сеть göstərilib. Dördüncü elementin adı dəyişilməyib. Beşinci element isə Windows XP-də element sırasına daxil edilməmişdir. Amma Windows XP-də olan elementlərdən biri İnternet Explorer kimi element hazırda Windows 7-nin standart elementləri sırasında yoxdur. Bir şeyi də qeyd etmək lazımdır ki, bu elementlərin beşini də Windows 7-nin standart elementləri sırasından çıxarmaq mümkündür. Yəni iş masasında bunları götürmək mümkündür. Lakin, Windows XP-də bu cür əməliyyat ardıcılllığını yerinə yetirmək mümkün idi. Bir şərtlə ki, yalnız Корзина elementi iş masasında qalırdı. Bu yalnız Windows XP-yə məxsus funksiya idi. Lakin Windows 7-də bu cür funksiya da dəyişdirilib. Yəni iş masasında olan beş elementin beşini də iş masasından çıxarmaq olar.  Windows 7-də olan yalnız beş elemetin yalnız dördünü silmək mümkündür Корзина olduğu kimi qalır.Yəni WindowsXP-də də Корзина elementini silmək mümkün deyildi . Windows 7-də də həmçinin. İş masasında olan standart elementlərin çıxarılış funksiyalarını araşdıraq.Bunun üçün iş masasında boş sahədə mausun sağ düyməsi sıxılır və Персонализация sətri sıxılır və açılan eyni adlı pəncərənin sol tərəfində Изменение значков рабочего стола, yəni iş masasının elementlərinin dəyişdirilməsi sətr üzərində sol düyməni sıxırıq, açılan eyni adlı pəncərənin Значки рабочего стола, yəni iş masasının elementləri deyilən sahədən mövcud sətirlərdən işarələr götürülür və təsdiq üçün OK düyməsi sıxılır və pəncərə bağlanılır. Gördüyümüz kimi Windows 7-də olan üstünlüklərdən biri də onun iş masasında olan standart elementləri məhz iş masasından yəni рабочий стол-dan çıxarılmasıdır. Bu cür əməliyyat ardıcıllığını bir qismi Windows XP-də yox idi.

Müəllif: Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Proqramların simgələri açılmır.Üsul 2

Proqramların simgələri açılmır.Üsul 2

Bugünkü, video dərsimizin mövzusu Proqramların simgələri açılmır.Üsul 2 olacaq. Əvvəlki video dərsimizdə biz susmaya görə proqramın parametrlərinin dəyişdirilməsi üsullarını öyrəndik.

Добавить комментарий