Ana səhifə / Windows 7 / Windows 7-də dil paneli yoxdur. Nə edim?

Windows 7-də dil paneli yoxdur. Nə edim?

Paylaşmaq!

Əziz oxucularım gadirov.com saytının daimi ziyarətçiləri. Xoş gördük sizləri. Windows 7 əməliyyat sisteminə həsr olunmuş növbəti video dərsliyimdə sizləri salamlayıram. Artıq ekrandan göründüyü kimi bizim bugün ki, video dərsimizin mövzusu Windows 7-də dil paneli yoxdur. Nə edim? sualına həsr olunacaq. Əvvəlcə onu qeyd edim ki, dil paneli Windows 7-də əməliyyat sistemində tapşırıqlar panelinin sağ küncündə yerləşir. Dil paneli bu və ya digər səbəbdən tapşırıqlar panelində olmaya bilər. Buna səbəb kimi virus və ya istifadəçinin öz ehtiyatsızlığı ola bilər. İlk növbədə istifadəçinin öz səhvi və ehtiyatsızlığı ucbatından dil panelinin yoxa çıxması problemini və onun bərpa üsulunu araşdıraq. Bunun üçün ilk növbədə biz Пуск menyusuna daxil olaraq açılan menyudan Панель управления sətrini seçməliyik. Beləliklə idarəetmə panelinin elementləri adlanan pəncərə ekrana gəlir. Əgər pəncərədəki elementlər sizə video dərsdə olduğu kimi görsənirsə, ona bizim istifadə etdiyimiz bölmə Часы, язык и регион adlanan bölmə olacaqdır.Windows 7-də dil paneli yoxdur. Nə edim?Əgər idarəetmə panelinin elementləri bu cür qruplaşdırılmış şəkildə görsənmirsə, категория menyusundan крупные значки sətrini seçməklə idarəetmə panelinin görünüşünü tamamilə dəyişmiş olacağıq.Windows 7-də dil paneli yoxdur. Nə edim?O zaman bizim dil paneli proqramımız Язык и региональные стандарты adlanacaq.Windows 7-də dil paneli yoxdur. Nə edim?Biz yenidən əvvəlki vəziyyətə qayıdırıq. Часы, язык и регион adlanan bölmə üzərində klik edərək Язык и региональные стандарты adlanan proqramı işə salırıq.Windows 7-də dil paneli yoxdur. Nə edim? Beləliklə ekranda Язык и региональные стандарты-Dil və beynəlxalq parametrlər adlanan proqram pəncərəsi meydana gəlir. Bu proqram pəncərəsi dörd səhifədən təşkil olunub. Həmin səhifələrin hər biri bu və digər parametrləri tənzimləmək üçün nəzərdə tutulmuşdur. Hal-hazırda bizim üçün daha lazımlı hissə  Языки и клавиатуры adlanan səhifədir.Windows 7-də dil paneli yoxdur. Nə edim?Həmin səhifədə Изменить клавиатуру düyməsini sıxırıq.Windows 7-də dil paneli yoxdur. Nə edim?Beləliklə ekrana dil və mətnin daxil edilməsi üçün xidmətlər adlanan yeni pəncərə meydana gəlir. Həmin pəncərə üç səhifədən ibarətdir. Birinci səhifə Общие-Ümumi adlanır. İkinci səhifə Языковая панель-Dil paneli və üçüncü səhifə Переключение клавиатуры-Klaviatura dillərinin dəyişdirilməsi adlanır. Bizi maraqlandıran ikinci səhifə Языковая панель-Dil paneli səhifəsidir. Çünki biz dil paneli ilə bağlı problemi həll edəcəyik.Windows 7-də dil paneli yoxdur. Nə edim?Gördüyümüz kimi bizdə istifadəçinin günahı ucbatından dil paneli gizlədilib. Bu səhifədə Скрыта sətri seçilib. Bunu ləğv etmək üçün Закреплена в панели задач-Tapşırıqlar panelinə bərkitmək sətri seçilməlidir. Tətbiq üçün Применить düyməsi vurulmalıdır. Gördüyümüz kimi tapşırıqlar zolağında dil paneli meydana gəldi. Beləliklə biz Windows 7-də dil paneli yoxdur. Nə edim? sualına cavab tapmağa çalışdıq. Əgər bu video dərsliyimizdə göstərilən üsul sizin işinizə yaramırsa, onda bu zaman başqa əməliyyatları yerinə yetirməli olacağıq.

Windows 7-də dil paneli yoxdur. Nə edim?

Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Windows 7 proqramını müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Printer ilə əlaqədar problemlər

Printer ilə əlaqədar problemlər

Printer ilə əlaqədar problemlər bugün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, …

Добавить комментарий